ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 115-ə çatıb, onların 28-i uşaqdır

İsrailin son 4 sutkada Qəzzaya hava, quru və sudan endirdiyi raket və artileriya zərbələri nəticəsində aralarında 28 uşaq olmaqla 115 nəfər həyatını itirib.

Qafqaz.ir  xəbər verir ki, bunu Qəzzada Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilib ki, İsrailin son 4 sutkada Qəzzaya hava, quru və sudan endirdiyi raket və artileriya zərbələri nəticəsində aralarında 28 uşaq olmaqla 115 nəfər həyatını itirib.

Bu arada Fələstinli hərəkatlar da cavab olaraq İsrailin müxtəlif şəhərləri istiqamətində onlarla raket atıblar.

Eyni zamanda İsraildə ərəblərin yaşadığı şəhər və qəsəbələrdə xaos və qarşıdurma davam edir. İşğal edilmiş Qüdsün şərqində və İordan çayının qərbindəki bölgələrdə də İsrail polis qüvvələri ilə fələstinlilər arasında qarşıdurmalar səngimək bilmir.

İsrailin müdafiə naziri Beni Qants ölkənin daxilində də vəziyyətin gərgin olduğunu və təhlükə yarada biləcəyini deyib. O İsraildə daxili müharibə ilə bağlı xəbərdarlıq edib.

Bu arada ABŞ -dan sonra Fransa da Qəzzadan İsrailə cavab raketlərinin atılmasını pisləyib. BMT Təhlükəsizlik Şurası isə ABŞ-ın maneə yaratması ilə münaqişə və qarşıdurma ilə bağlı toplantını keçirməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button