ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ABŞ sanksiyaları Azərbaycana da gəlib çatdı

Turan informasiya agentliyinin bildirdiyinə görə sənədin müəllifləri konqresmenlər Dina Titus və Qas Bilirakisdir. Bu, Azərbaycana qarşı sanksiyalar haqqında ilk qanun layihəsidir. Sənədə Konqresin 21 üzvü də qoşulub.
Məlumatda deyilir ki, qanun layihəsi Bayden administrasiyasından Qlobal Maqnitski Qanunu və ABŞ-ın digər qanunlarına uyğun olaraq 180 gün ərzində 44 məmura qarşı sanksiyalar barədə qərar qəbul etməyi tələb edəcək.   
Qanun layihəsinin yekun variantında 41 yox, 44 azərbaycanlı məmur var. 41 məmurun adı daha öncə açıqlanıb, üç nəfərin adı hələlik məlum deyil.
Konqresmenlər həmin şəxslərin qərbyönümlü jurnalistlər, müxalifət fəalları və alimlərin hüquqlarının pozulmasında əlaqəsi olduğunu hesab edirlər.
44 vəzifəli şəxsin tam siyahısı yaxın günlərdə açıqlanacaq.
Qanun layihəsinin yekun variantı Qarabağda müharibəyə də toxunur və Azərbaycan hakimiyyətini ermənilərin hüquqlarını pozmaqda ittiham edir.
Azərbaycan hökuməti “hərbi əsirlərin hamısını azad etməyib və yeni hərbi əsirləri və mülki şəxsləri saxlamağa davam edir. Buna cavabdeh olanlar hüquqi məsuliyyət daşıyanlardır”,- Layihədə deyilir.
Xatırladaq ki, siyahıda Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Penitensiar Xidmət üzvlərinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin və digər dövlət məmurlarının adları var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button