ArxivXəbər lentiXəbərlər

“QURAN KURSLARI” ÜÇÜN DƏRSLİKLƏR NƏŞR OLUNDU

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Elmi-Dini Heyətinin qərarı ilə iki dini dərs vəsaiti Azərbaycanca hazırlanaraq çap edilib.
Birinci, “Quranın dili” adlanan 72 səhifəlik irihəcmli kitabda ərəb əlifbası, 30-cu cüz və İlahi kitab barədə sual və cavablar dərc olunub.
İkinci “Din təlimi” adlanan 256 səhifəlik A4 formatda nəşr olunan kitab, İslamın əqidə üsulları, dini-şəri hökmləri, İslam tarixi (Peyğəmbəri (s) ilə birgə Hz. Fatimeyi Zəhranın (s.ə), Hz. İmam Əlinin (ə) və digər imamların həyatı) və İslam əxlaqından bəhs edir.
Məscid, mədrəsə və digər ibadət məkanlarında gənc və yeniyetmələr səviyyəsində bir illik Quran kursu və din təlimi proqramı üçün tədris materialı kimi nəzərdə tutulan dərsliklər gələn həftə səksən beş nəfərdən ibarət axund və din xadimlərinin ümumi iclasında şagirdlərinin sayına görə onlara təqdim olunacaq.
Quranı ərəbcədən üzündən oxuya bilənlərə isə BGMİ tərəfindən ərəbcə Qurani-Kərim hədiyyə olunacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button