ArxivIslamXəbər lentiXəbərlər

Papa Fransis Ayətullah Məkarim Şirazinin məktubuna cavab yazıb

“Papa Fransis zati-alilərinizin göndərmiş olduğu məktubu alıb və təşəkkürlərini bildirir” – Roma Papası
Xəbər verdiyimiz kimi, islam dünyasının təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi bir müddət əvvəl Roma Papasının İslam dinində zorakılıq və terror yoxdur başlığı adı altında etdiyi çıxışına görə təşəkkür məktubu göndərmişdi. İslaminsesi-nin ABNA-ya istinadla verdiyi məlumata görə, Dünya Katoliklərinin ruhani lideri Papa Fransis Ayətullah Məkarim Şirazinin məktubuna cavab yazıb.

Vatikanda yerləşən İran səfirliyinə göndərilən cavab məktubunda deyilir:

“Papa Fransis zati-alilərinizin göndərmiş olduğu məktubu alıb və təşəkkürlərini bildirir.

Bildiyiniz kimi bütün səmavi dinlərin ilk mesajı Allaha qulluq etmək və görüşdüyümüz bütün insanlara qarşı hörmət, sevgi və məhəbbətlə yanaşmaqdır.

Elə məhz buna görə də, xüsusilə də zor tətbiq etmək Allah adına edilirsə bunun özü Allaha qarşı edilmiş xəyanət və qurbanlara da böyük bir zülmdür”

Məktubun sonunda deyilir:

“Bizim zamanımızın dini rəhbərləri bütün insanların şəxsiyyətini və əsl hüquqlarını qorumaq üçün keçmişdəkindən daha çox fəryad etməlidir”

Qeyd edək ki, Papa Fransis Polşaya etdiyi səfərdə keçirdiyi mətbuat konfransında, bütün səmavi dinlərdə olduğu kimi İslam dinində də zorakılıq və terrora yer olmadığını bildirmişdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button