ArxivIslamXəbər lentiXəbərlər

Prezident Tehrana gedir

Azərbaycan Prezidenti İlham Əliyevin sabah İrana səfəri başlayır. Bunu “Skayp”la məndən müsahibə alan iranlı jurnalist dedi.
 bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, İran mediasına açıqlamasında səfərin əhəmiyyəti haqqında danışıb:
“İranla Azərbaycan arasında iqtisadi münasibətlər inkişaf edir, birgə layihələr reallaşır, ancaq siyasi dairələrimizin və cəmiyyətimizin qonşu ölkədən başqa gözləntisi var: Dağlıq Qarabağ məsələsində İrandan, siyasi və dini dairələrdən real dəstək gözləyirik, Azərbaycan torpaqlarının işğalına, məscidlərin dağıdılmasına etirazınızı gözləyirik. Bildirin bu etirazı Ermənistan rəsmilərinə! Azərbaycanın ərazi bütövlüyünə sözdə və əməldə dəstək lazımdır. İran bunu edərsə, ikili münasibətlər daha çox inkişaf edər”.
Qeyd edək ki, İran mediası Prezident İlham Əliyevin İran dövlətinin rəhbərləri ilə siyasi və iqtisadi məsələləri müzakirə edəcəyini yazıb.
İlham Əliyev sonuncu dəfə 2016-cı il fevralında İrana səfər etmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button