AktualAktualArxivSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Ekspert: Rusiya Ukraynanı hərbi işğal etmək niyyətində deyil -Təhlil

Sədullah Zarei: İslam Respublikasının Ukrayna ilə bağlı mövqeyində heç bir qeyri-müəyyənlik yoxdur

 

Qafqaz Həqiqətləri xəbər verir ki, Əllamə Təbatəbai Universitetinin təşəbbüsü ilə keçirilən “Ukraynada təlatüm; yeni dünya düzəninə bir pəncərə” adlı seminarda həmin universitetin elmi işçisi və beynəlxalq məsələlər üzrə ekspert Sədullah Zarei deyib: “ 2004-cü ildə Ukraynada rəngli inqilab baş verdi və faktiki olaraq səsvermə yolu ilə hakimiyyətə gəlmiş hökumət devrildi və müəyyən şərtlər daxilində digər bir hökumət oyuncaq kimi iş başına gəldi. Təbii ki, diplomatik ruhu qoruyub saxladılar, amma hamı onun əslində, məcburi hökumət olduğunu başa düşdü. 

Zarei əlavə edib : “Mənim fikrimcə, ruslar Ukraynanı hərbi işğal etmək niyyətində deyillər. Yəni onlar istəyirlər ki, elə bir hökumət iş başına gəlsin ki, NATO-ya daxil olmamağa razı olsun, beləliklə, bu təhlükəsizlik təhdidi Rusiyadan yan keçsin.

Bundan əvvəl də başqa yerlərdə belə hadisələr olub. Məsələn Qırğızıstanda, Serbiyada (2000-ci ildə) və digər ölkələrdə. Lakin bu rəngli inqilablar digər iki yerdə uğursuzluğa düçar oldu. Onlardan biri Azərbaycan Respublikasında idi ki, Rusiyanın köməyi ilə 2005-ci ildə bu ölkədə rəngli inqilablar dosyesi bağlandı. Faktiki olaraq bizimlə ruslar arasında kəşfiyyat əməkdaşlığı formalaşdı və rəngli inqilablar layihəsi bit dı. Bu plan Rusiyanı da hədəfə alırdı və Moskvada siyasi dəyişiklik və qərbyönümlülük yaratmaq üçün çox səy etdilər. 

Ekspert təhlilinin davamında deyib: “İkinci məsələ budur ki, Amerikanın 2000-2025 təhlükəsizlik sənədində (25 illik sənəd) vurğulanıb ki, 2025-ci ildə Rusiya parçalanmalıdır. Rusiya 160 millət və mədəniyyətdən təşkil olunub. Deməli, parçalanma maşını dünyanın ən böyük ölkəsində, yəni təxminən 22 milyon kvadrat kilometr əraziyə malik Rusiyada başlasa, bu bir ölkə 160 ölkə  çevriləcək və Rusiya dan heç nə qalmayacaq. 

Zarei bunun fövqəladə milli təhlükəsizlik bir məsələ si olduğunu vurğulayaraq deyib ki, ruslar bu fitnəni yatırmaq üçün bir sıra xəbərdarlıqlar etdilər , sonda da Ukraynaya hərbi hücum edildi . Mənə elə gəlir ki, hal-hazırda ruslar Ukraynada siyasi dəyişiklik ardıncadırlar və bu ölkəni işğal etmək istəmirlər.

Ekspert Rusiyanın başladığı müharibənin haqlı olub-olmaması barədə öz təhlilini bölüşərək bildirib ki, ümumiyyətlə biz heç kimin problemləri həll etmək üçün müharibədən istifadə etməsini qəbul etmirik. Bu 42-43 illik tarixdə biz həmişə müharibənin əks tərəfində olmuşuq. Ona görə də İslam Respublikasının bu mövzu ilə bağlı mövqeyində heç bir qeyri-müəyyənlik yoxdur. Ancaq burada Rusiya ekzistensial və superstrateji təhlükə ilə üzləşibdir. Yəni, Rusiya təlaş göstərməsə, məhv ola bilər. Bunu Amerika nın 25 illik sənədindən, rəngli inqilablardan və NATO-nun genişlənmə siyasəti kimi faktlardan görmək olar. Burada söhbət Avropanın təhlükəsizliyindən gedirsə, Avropanın təhlükəsizliyi müharibənin qarşısını almaqdadır və Avropanın həqiqi maraqları müharibədə və onun üçün zəminə yaratmaqda deyil, müharibənin dayanmasındadır.

Avropalılar bu məsələnin özləri üçün təhlükəli olduğunu bildikləri halda, cəbhə şəklində hərəkətə keçirlərsə, deməli, orta səviyyəli bir müharibəni nəzərdə tutublar və bu məsələnin arxasında böyük bir plan dayanır: gələcək Rusiya, gələcək Çin, İran və gələcək Asiya kimi təhlükə hiss olunan bir plan ! Onlar bu niyyətlə hazırkı riski qəbul ediblər və bu hadisənin arxasında dayanıblar. Onların hədəfi təkcə Rusiya deyil. Qərbin öz qarşısında gördüyü hər şey onların hamısının məsələsidir. Məsələ İran, Çin və bütün Asiyadır.

Zarei deyib: “ NATO-nun k eçmiş sovet respublikalarına genişlənmə siyasətinə Tacikistan, Azərbaycan və Ermənistan da daxil ola bilər. Təbii ki, onların bu bölgədə ki b ir sıra ölkələrdə (Gürcüstan, Azərbaycan, Ermənistan, Tacikistan) zəminələri vardır. Vəziyyət bir az qarışsa, Qırğızıstan kimi hökumətlər müqavimət göstərə bilməyəcəklər. İndi Qırğızıstan bu bölgədən çox uzaqda olsa da, amma bu maşın işə düşsə, Ukraynada çətinliklə getsə də, Qırğızıstanda problemsiz gedəcək və hökumət çox asanlıqla devriləcək. Gözümüzü açsaq görərik ki, NATO İslam Respublikasını hər tərəfdən mühasirəyə alıb. Bu da bizim milli təhlükəsizliyimizlə əlaqəli məsələdir. Əgər kimlərsə yalnız hücum və hücum edənləri görürlərsə, bilməlidirlər ki, bu, beynəlxalq bir layihədir və biz bu layihənin hədəflərindən biriyik. 

Müqavimət rəhbərlərinin bu məsələyə baxışını izah edən ekspert bildirib ki, müqavimət cəbhəsində hamı bu hissi yaşayır. Onlar nə qədər düşündüklərini və nə qədər dəqiq başa düşdüklərini, nə qədər düzgün qərarlar qəbul etdiklərini sübut etmiş düşüncəli insanlardır. Seyid Həsən Nəsrullah və Seyid Əbdülməlik Bədrəddin əl-Husi kimi şəxslər. Onlar məsələnin cəbhə olduğunu başa düşürlər. Bir cəbhə digər cəbhənin qarşısındadır. Həmin səbəbdən mövqe bildirmək lazımdır. Bu arada arzuolunmaz bir hadisə də baş verə bilər. Kimlərsə hardasa sə hv fikir söyləyə bilər, a ncaq bir cəbhə məsələ si ilə üz-üzə olduğumuza heç bir şübhə yoxdur. Təbii ki, müqavimət cəbhəsi tərəflərinin də diqqəti ona yönəlibdir ki, bu hadisələr NATO-nun qələbəsinə səbəb olarsa, sabah Livan, Yəmən, İraq, Rusiya və İran daha çox təhlükə ilə üzləşəcək. Onlar şübhə etmirlər ki, bir cəbhə digərinə qalib gəlməlidir və o cəbhə də Asiyadır.

Supergüc olma ğ ın bir sıra amil və elementləri vardır, o elementlərin möhkəmləndiyi və ya güclü olduğu qədə r həmin ölkə supergücdür. Həmin elementlər nə dərəcədə zəifləsə, o supergüc də bir o qədər zəifləyəcək.

Ekspert qüdrətin dörd elementi ni : gücü tətbiq edə bilmək qabiliyyəti , konsensusun qurulması, mənəvi güc və məhdudlaşdırıcı gücü xatırladıb və onları belə izah edib : “ Güc tətbiq etmək qabiliyyəti bir dövlətin siyasətinin olması onu həyata keçirmək üçün həmin dövlətin bacarığının olması deməkdir.

Konsensusun qurulmasında da seçdiyi siyasətlərə əsaslanan yekdillik yarada bilməlidir. Bu siyasətdə koalisiya çoxrəngli olmamalıdır və supergücün öz siyasətini həyata keçirməsinə kömək etməlidir.

Mənəvi güc, yəni gücün qanuniliyi və ona haqq qazandıra bilmək. Başqa sözlə, supergüc başqalarını qane etmək gücünə də malik olmalıdır. Əslində, bəziləri o siyasəti düzgün və ağılauyğun hesab etməlidir və bir növ vəziyyət təzadların azalmasına və əməkdaşlığın çoxalmasına yönəlməlidir.

Məhdudlaşdırıcı gücə malik olmaq isə düşmənləri idarə edə bilmək və onların gücünü zəiflətmək mənasınadır. 

ABŞ-ın hal-hazırkı vəziyyətini dəyərləndirən ekspert deyib: “ Birinci elementdə amerikalılar 2022-ci ildə bir çox mövzularda güc tətbiq etməyə qadir deyillər. Məsələn, İran və Qərb arasındakı çəkişmələrdə amerikalılar güc tətbiq edə bilmirlər. Əlbəttə ki, təzyiq tətbiq etmək güc tətbiq etməkdən fərqlidir . ABŞ başqa hökumətə təzyiq edə bilər. Amma güc supergücün istədiyi siyasəti qurmaq deməkdir. ABŞ Livan Hizbullahı ilə İsrail rejimi arasındakı qarşıdurmada öz gücünü və ya siyasətini həyata keçirə bilmir. Yaxud Çinlə konfliktlərini güc vasitəsilə həll edə bilm ir və onların arasındakı problemlər durmadan artır. Çinin beynəlxalq sistemə itaətsizliyi artır, amerikalıların narahatlığı artır, xərclər artır, əldə etdiyi nəticələr isə azalır.

Koalisiya sahəsində isə amerikalılar hələ də koalisiya qura bil i rlər, ancaq bu koalisiyalar maksimal deyil, minimaldır. Yəni dünya Amerika koalisiyası ilə bağlı fikir ayrılığına düşüb və bir çox ölkələr koalisiyadan kənarda qalırlar. Ona görə də koalisiyanın qlobal reputasiyası olmur. Bir neçə ölkənin birləşməsinə, cəbhəyə çevrilir . Halbuki, bir çox ölkələr koalisiyadan kənarda qalırlar. Amerikalılar hazırda Çin, Rusiya və bir çox başqa ölkələrlə qarşı nəzərdə tutuduqları mühüm məsələlərdə ittifaq qura bilmirlər. Müəyyən mənada onların koalisiyası parçalanmış və aşınmışdır. Belə ki, zaman keçdikcə öz xasiyyətini itirir. Necə ki, Suriya hökumətinə qarşı yaradılan 80 ölkənin koalisiyasından əsər-əlamət qalmadı . Yaxın on ildə dollar oxu ətrafında iqtisadi koalisiya dağılacaq. 80 illik hakimiyyətdən sonra dollar taxtdan salınır. Hal-hazırda amerikalılar iqtisadi və hərbi cəhətdən yöndəmsiz şəkildə hərəkət edirlər. Dollar hökmranlıq taxtından düşəndə ​​ABŞ üçün heç nə qalmayacaq. 

Mənəvi güc mövzusunda ABŞ-ın hazırkı vəziyyətini dəyərləndirən ekspert deyib: “İndi dünya ölkələrinin neçə faizi Amerikanın davranışını beynəlxalq normalara uyğun hesab edir? Hətta əgər beynəlxalq normaları qəbul etsək və onların təsbit olduğunu və onlara əməl olunduğunu götürsək. Neçə faiz ABŞ-ın haqlı olduğunu düşünür? Yəmən müharibəsində, Fələstin məsələsində, Çinlə bağlı məsələlərdə və Venesuelaya qarşı sanksiyalarda dünyanın neçə faizi bunu düzgün addım kimi qəbul etdi? Cavab tamamilə aydındır.

Dördüncü element isə bu idi ki, öz müxaliflərini və rəqiblərini idarə etməyi, zəiflətməyi bacarsın. Amerikalılar həqiqətən İranı zəifləndirə bilərlərmi? Maksimum təzyiq göstə rə bilərlər , amma güc tə zyiqi ilə bizi öz hədəfimizdən döndərə bilərlərmi? 43 il boyunca İslam Respublikasının qarşısını ala bildilərmi? Livan Hizbullahı, Çin və Rusiyanı cilovlaya bildi lər mi? Xeyr, aydındır. Eyni məsələləri 1 970-ci illər ə qaytarsaq və bu dörd ünsürü o vəziyyətdə və məkanda dəyərləndirsək, ABŞ-ın güc tətbiq etmək imkanı varmı? Bəli. Amerika təsirli məlumat təşkil edə bilərmi? Bəli. Amerika mənəvi gücü qəbul etdirə bilərmi? Bəli. Amerika düşmənlərinin qarşısını ala bilərmi? Bəli. 1970-ci illərlə müqayisədə cavabların hamısı müsbətdir Ancaq bugün bütün sualların cavabı 1970-ci illərlə müqayisədə mənfidir.

Tənəzzül, Amerika gücünün dağılması və onun əyalətlərə parçalanması demək deyil, əslində Amerikanın tənəzzül etməsinin mənası odur ki, yaxın iki onillikdə ABŞ adlı heç bir supergüc mövcud olmayacaq. Yəni ABŞ güclü dövlət kimi deyil , supergüc olaraq mövcud olmayacaq. Bu, ABŞ-ın gələcəyinin mənzərəsidir ki, bu dəyişikliklərin vasitəsilə 19-cu əsrdəki dünya sisteminin təcrübəsini və onun ikiqütblü quruluşunun təcrübəsini əldə etmək olar. 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button