ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Vəkillər Kollegiyası Qarabağ qazilərinə pulsuz hüquqi yardımdan imtina edir

Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyindən, hüquq siyasəti və dövlət quruculuğu komitəsindən dəfələrlə Vəkillər Kollegiyasına Qarabağ əlillərinin vəkillə ödənişsiz təmin edilməsinə müraciətlər edilsə də, heç bir sonuc yoxdur. Sadəcə, baş qatılır, söz verilir, amma əməl edilmir. Düzdür, Hüquqi Yardım Mərkəzi (direktor Şahmar Məmmədov) hər cür yardım göstərir, amma ayrı-ayrı vəkil büroları ödənişsiz yardımdan imtina edirlər. İmtinanın əsası kimi dövlət hesabına vəkillə təminatın qanunda nəzərdə tutulmadığı irəli sürülür. Bəs onda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsi niyə qəbul edilib?
24.05.2023-cü ildə sözügedən mərkəzin direktor müavini, xanım Afət Qaziyeva 5 saylı vəkil bürosuna məhkəmədə müdafiəyə ehtiyacı olan Qarabağ qazisinə vəkil ayrılması üçün məktubla müraciət edib. Ayrılan vəkil isə 10 gündən çoxdur heç bir prosessual hərəkət etməyib. 05.06.2023-cü ildə vəkillə görüşən Qarabağ qazisinə hüquqi yardım göstərilməsinə qanun-qaydanın yol vermədiyi, order belə imzalanmadığı deyilib, amma vəkilin öz hesabına xidmət göstərəcəyi vurğulanıb. Təsəvvür edin, əlil özü iddia ərizəsini də, şikayətini də yazıb, burda hansı vəkil xərclərindən , hesabdan söhbət gedə bilər? Eyni zamanda, vəkil 12 gündür heç bir prosessual hərəkət etmirsə, hətta məhkəməyə gedib işlə tanış olmaq istəmirsə, onun pullu-pulsuz xidmətindən nəsə gözləməyə dəyər?
Atalar demiş, ucuz ətin şorbası olmaz. Pulsuz hüquqi yardımın isə ziyandan başqa xeyri olmaz. Qarabağ qazisi, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, “dost” məmurlarının pensiyasının yarısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Abbaszadə Xaliq Əvəz oğluna 2 ildən sonra Bakı Apellyasiya Məhkəməsinin 26.04.2023-cü il tarixli aktı ilə ayrılan vəkil isə hələ də şikayəti yazmayıb. Qərardadın icrası Vəkillər Kollegiyasına həvalə olunsa da… Yəqin qərardad VK-ya gəlib çatmayıb. Neyləmək olar, 2 il məhkəmə qərarının verilməsini gözləyən Qarabağ qazisi 2 ay da vəkilin kassasiya şikayətini yazmağını gözləyər. Biz dözümlü xalqıq. Biz o qədər dözümlüyük ki, 5 ildir Bakı Apellyasiya Məhkəməsi Xaliq Abbaszadənin iddiaçı olduğu iş üzrə 3-cü şəxs Qarabağ qazisinə hələ də vəkil ayrılmasından imtina edilir, 9 saylı vəkil bürosu isə məhkəmə heyətinin özbaşınalığına vəkillik edir…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button