ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Üç ölkə strateji əhəmiyyətli təşəbbüsə start verdi

İran İslam Respublikası, Rusiya və Çin arasında “Dəniz Təhlükəsizlik Kəməri 2024” birgə dəniz təlimi Oman Dənizinin sularında başlayıb və təlimin bəzi əməliyyat planları həyata keçirilib.
Dəniz iqtisadi fəaliyyətlərini qorumaq üçün həyata keçirilən bu birgə təlimin əsas mərhələsi cümə gününə qədər davam edəcək.
Bu təlimdə İran Hərbi Dəniz Qüvvələrinin suüstü və hava bölmələri ilə Çin və Rusiyanın suüstü, sualtı və hava bölmələri iştirak edirlər.
İRNA-nın məlumatına əsasən, təlimlərə Oman, Azərbaycan Respublikası, Qazaxıstan, Pakistan və Cənubi Afrika ölkələrindən də nümayəndələr qatılıblar.
Bu təlimin keçirilməsində məqsəd regionda təhlükəsizliyi və onun əsaslarını möhkəmləndirmək, iştirakçı ölkələr arasında çoxtərəfli əməkdaşlığı genişləndirmək və bu ölkələrin dünya sülhünü, dəniz təhlükəsizliyini birgə dəstəkləmək və ümumi gələcək məqsədilə dəniz icması yaratmaq üçün xoşməramlı olduqlarını və bacarıqlarını nümayiş etdirməkdir.
Təlim zamanı üç ölkənin hərbi gəmiləri birgə manevrlər edəcək, yerüstü və hava hədəflərinə atəş açacaq, həmçinin dəniz quldurları tərəfindən ələ keçirilmiş gəminin azad edilməsi elementlərini məşq edəcəklər.
Rusiya Müdafiə Nazirliyinin isə bəyanatında deyilir ki, Rusiya Hərbi Dəniz Qüvvələri, İran Hərbi Dəniz Qüvvələri və Çin gəmiləri Oman Dənizində təlim zamanı dəniz quldurları tərəfindən zəbt edilən gəminin azad edilməsini məşq edirlər. Əsas məqsəd dəniz iqtisadi fəaliyyətlərinin təhlükəsizliyinin işlənib hazırlanmasıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button