ArxivXəbər lentiXəbərlər

“Putinin Abxaziyaya səfəri Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməyəcək”- Politoloq

“Sərkisyan və onun separatçı dəstəsi başa düşməlidir ki…”

“Prezident Putinin səfəri məhz Rusiyanın Gürcüstanla 2018-ci ilin 8 avqustunda başladığı müharibənin ildönümü ilə üst-üstə düşür və bu heç də təsadüfi deyil”.

Politoloq Arzu Nağıyev bunu Rusiya prezidenti Vladimir Putinin Abxaziyaya gələn həftə nəzərdə tutulmuş səfərini “Yeni Müsavat”a şərh edərkən deyib.

Ekspert qeyd edib ki, Rusiya prezidentinin səfəri iki əsas məqsəd daşıyır: “Birincisi, ümumiyyətlə, Abxaziyada daxili siyasi vəziyyət o qədər də ürəkaçan deyil. Belə ki, Rusiya bu separatçı quruma maddi dəstək, yatırımlar qoyulacağı haqqında bağlanmış müqavilələrin niyə yerinə yetirilməməsi ilə bağlı danışıqlar aparacaq. Abxaziya cəmiyyətində bölünmə baş verir. Bunun bir səbəbi maddi məsələlər olsa da, ikincisi Gürcüstanın Avropa Birliyi ilə vizasız rejim münasibətidir”. A.Nağıyev qeyd etdi ki, Putinin separatçı bölgəyə səfərinə rəvac verən digər əsas məqam ABŞ-ın vitse-prezidenti Maykl Pensin Gürcüstana son səfəridir: “Bu iki məsələ Putini narahat edən ən böyük problemlərdəndir. Gürcüstan NATO-ya daxil olsa, Qara dəniz sahilini məhz Abxaziya istiqamətindən təhlükə gözləyir, bu isə Rusiya sahillərinə yaxın bir ərazidir və təhlükəsizliyə təhdiddir. Pens bu iki separatçı qurumu tanımadıqlarını bəyan etməklə, öz çıxışlarında da bu haqda çox açıq şəkildə danışır və hətta Abxaziya və Cənubi Osetiyanın güc yolu ilə Gürcüstana birləşdirilməsi təklifini də verir”. Politoloq xatırlatdı ki, bundan əvvəl Rusiya xarici işlər naziri S.Lavrov, həmçinin prezidentin köməkçisi Surkov Abxaziyada olublar: “Putin də bu səfərə çox ciddi əhəmiyyət verir”.

Rusiyanın separatçı bölgələrə münasibətində həssaslığını artırması fonunda ölkənin baş nazirinin müavini Roqozinin Moldova hökumətini təhdid etməsi də sadə məsələ deyil. Separatçı Dnestryanıya buraxılmayan Rusiya hökumətinin nümayəndəsi Kişinyovu açıq şəkildə təhdid etməklə əslində gerçək siyasəti nümayiş etdirmiş oldu. A.Nağıyev də hesab edir ki, Roqozinin ətrafında baş verənlər çox ciddi bir prosesdən xəbər verir: “Roqozin Moldova ərazisindən uça bilmədi və Rumıniya da buna imkan vermədi. Artıq Moldova hökuməti onu persona non-qrata elan edib. Yəni bu gəlişin məqsədi nə ola bilərdi? Son vaxtlar Dnestryanı separatçılarla Moldova arasına sülh danışıqları istiqamətində müsbət tendensiya yaranıb. Bu isə Rusiyanı narahat edir. Ona görə də Roqozin təcili surətdə ora getmək istədi”.

Картинки по запросу

Bütün bu məsələlərin Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri ilə bağlı vəziyyətə necə təsir edəcəyi də bizim qarşımızda duran ciddi suallardan biridir. Siyasi təhlilçi hesab edir ki, separatçılarla bağlı baş verən bütün bu proseslər, həmçinin Putinin Abxaziyaya səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etməyəcək: “Eyni zamanda Serj Sərkisyan və onun separatçı dəstəsi başa düşməlidir ki, bu gün Rusiya bütün bu yaratdığı müharibə ocaqlarını tam nəzarətdə saxlaya bilmək iqtidarında deyil. Yəni birgə qoşun növü, KTMT-də üzvlük və s. ilk növbədə Rusiyanın özünə lazımdır ki, müharibəni öz sərhədlərindən uzaqlaşdırıb bufer zonalar yaratsın. Ona görə də Moskva belə manevrlər edir”.

Cavid TURAN

Musavat.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button