Arxiv

“Şahdənizdə” “şah”ın məqsədləri nədir?

Dekabrın 17-də Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi baş tutdu.

Tədbirdə prezident İlham Əliyev və bir sıra Avropa ölkələrinin dövlət rəsmiləri o cümlədən Böyük Britaniyanın xarici işlər naziri də iştirak etdi.

“Şahdəniz-2” layihəsi ilə bağlı danışıqlar bir neçə ildir ki, davam edirdi, bu ilin iyun ayında məlum oldu ki, bu layihənin prespektivi realdır. “Şühdəniz-2” layihəsi ilə bağlı mətbuatdan çox sayda məlumatlar əldə edə bilərsiniz, oxuya bilərsiniz. Biz məsələnin bir neçə aspektindən baxışlara nəzər salaq.

Birincisi onu qeyd edək ki, “Şahdəniz-2” layihəsi Xəzərdən hasil olunan qazın daha 25 il ərzində qərbi Avropa bazarına çıxarılması nəzərdə tutulur.

Təxminən 19-20 il əvvəl Azərbaycan hakimiyyətinin heç ağlına da gəlməzdi ki, bir zamanlar qərb şirkətləri Azərbaycan qazına maraq göstərə bilər, həqiqət də isə belə şirkətlərə bu gün də rast gəlindi.

“Total” və “Statoil” şirəktləri layihə xərclərinin furmadan artmasını əsas gətirərək layihədəki iştirak paylarının bir hissəsindən imtina etdilər ki, məsrəflərdən qismən azad olsunlar, ortalıqda yenə də ən çox “bp”-nin payı çox oldu.

Ekspertlərin fikri belədir ki, İlham Əliyevin Şahdənizə 21-ci əsrin kontraktı adının verməsinə baxmayaraq bunu 1994-cü ildə neftlə bağlı imzalanmış “əsrin kontraktı” ilə müqayisə etmək doğru deyil.

Birincisi ona görə ki, qaz neft kim gəlirli deyil və Şahdənizdən Azərbaycan ən yaxşı halda 10 il, ildə 1 milyard dollar əldə edə bilər.

İkincisi, bu layihənin xərcləri çox yüksəkdir, reallaşmasını isə uzun illər gözləmək lazım gələcək.

Üçüncüsü isə neftlə müqayisədə daha az sayda qərb şirkətləri cəlb olundu. Ancaq bununla belə İlham Əliyev hakimiyyəti üçün bu müqavilənin özəllikləri də var.

Birincisi, neft gəlirlərinin azaldığı Azərbaycan üçün fiskal kəsrlərin meydana gəldiyi bir dövr üçün qazdan gələn qəpik quruş da nəyəsə yaraya bilər.

İkincisi, qaz layihəsi kommersiyadan daha çox siyasi səciyyə daşıyır, xüsusilə də Azərbaycan üçün. Belə ki, Azərbaycan qazını əsasən Avropaya, bir az konkret desək, İtaliyaya satır. Avropa üçün isə Rusiyadan qaz asıllığını azaltmaq ən vacib problemlərdən biridir. Düzdür, Rusiya qazını əsasən şərqi avropa ölkələrinə satır, yəni burda Azərbaycan hardasa Rusiyanın rəqib sayılmaya da bilər, di gəl bu qaz və neft elə bir məhsuldur ki, sabahını bilmək olmur. Elə bu amilə görə “Şahdəniz 2” investisiya layihəsinin imzalanması mərasimində Yunanıstanın baş naziri Rusiyanın təzyiqi hesabına iştirak edə bilməyib. Rusiya çox yaxşı anlayır ki, Azərbaycan qazı hansısa bir gün onun üçün ciddi rəqibə çevrilə bilər ki, bu da şimal qonşumuz üçün qətiyyən arzuolunan deyil. Çünki Rusiyanın Avropaya təzyiq rıçaqlarından ən təsirlisi və asan istifadə ediləni məhz təbii qazın satışıdır.

Təsadüfi deyil ki, bu günlərdə Ukraynaya da Rusiya məhz daha çox qazla bağlı təzyiqlərini işə saldı. Bir məqam da bu layihənin ətrafında düşünməyə dəyər.

Ekspertlərin fikrincə Azərbaycanın qazı elə də çox deyil ki, Avropanı qismən təmin edə bilsin və Rusiya üçün ciddi rəqibə çevrilsin. Ancaq Xəzərdə Azərbaycanla İran arasında mübahisəli qaz yatağı olan “Araz” yatağı istismar oluna bilər. Hələ 5 il əvvəl bununla bağlı Azərbaycan hakimiyyəti ilə qərb şirkətləri arasında gizli danışıqlar aparılıb və belə qərara gəlinib ki, ən müasir texnologiyalar tətbiq olunmaqla, Xəzərin səthində şaquli qazma işləri aparmaqla İranın payına düşən qaz yataqlarını hasil etmək olar, nəticədə İranın heç xəbəri də olmayacaq ki, ona məxsus qaz yataqları Azərbaycan tərəfindən hasil olunub qərb şirkətlərinə satılır.

Bu cür müasir texnologiyaların Azərbaycana gətirilməsi və tətbiqi “Şahdəniz2” layihəsi reallaşdırılması ilə paralel aparılacaq.

Azərbaycan hakimiyyətinin fikrincə bu müddət ərzində İranın başı həm də nüvə proqramı ilə qarışdığından Xəzərdəki yataqlarında nəyin baş verməsinə ümumiyyətlə nəzarət edə bilməyəcək. Deyəsən, Azərbaycan hakimiyyəti İlham Əliyevin dediyi kimi yeni qaz dövrünə başlamaqda qətiyyətli görünür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button