ArxivXəbər lentiXəbərlər

ABŞ-ın 18-ci ştatı Xocalı soyqırımını rəsmən tanıdı

ABŞ-ın 18-ci ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.

Qafqaz.ir-in  Turan İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının ABŞ-ın Los Ancelesdəki baş konsulu Amerikanın Havayi ştatının Xocalı soyqırımını rəsmən tanıdığını bildirib.

Bu məlumata görə, Havayi ştatının qubernatoru tərəfindən yayımlanan bəyanatda Xocalı soyqırımı böyük faciə kimi qeyd olunub və pislənilib.

1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan ordusu qüvvələri və yaraqlıları Azərbaycan Respublikasının Dağlıq Qarabağ məntəqəsində Xocalı şəhərinə vəhşicəsinə daxil olub və silahlı olmayan müdafiəsiz insanları qətliam ediblər.

Mövcud statistikalar, o cümlədən İnsan Haqları Təşkilatlarının statistikalarına görə, bu dəhşətli faciədə 613 sivil, o cümlədən 63 uşaq və 106 qadın qətlə yetirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button