ArxivXəbər lentiXəbərlər

İran səhiyyə nazirinin xüsusi nümayəndəsi: “Son iki ayda Azərbaycandan Hepatit C virusu ilə müraciət edən 11 nəfəri müalicə etmişik”

“Azərbaycan Respublikasından Təbriz xəstəxanalarına hər gün vətəndaşlar müxtəlif xəstəliklərlə bağlı müraciət edirlər”.

APA-nın xəbərinə görə, bunu İran səhiyyə nazirinin xüsusi nümayəndəsi, Təbriz Tibb Universitetinin rektoru, doktor Məhəmmədhüseyn Somi Təbrizdə səfərdə olan Azərbaycan media nümayəndələri ilə görüşündə deyib.

M. Somi Bakıya tez-tez səfər etdiyini deyərək, iki ölkə arasında səhiyyə sahəsində münasibətlərin inkişaf etdiyi deyib. O bildirib ki, Azərbaycan vətəndaşları Təbriz xəstəxanalarına, əsasən, Hepatit C, qaraciyər xəstəlikləri və hamiləlik problemləri ilə bağlı müraciət edirlər: “Təsadüfi deyil ki, son iki ayda Azərbaycandan 11 nəfər Hepatit C virusu ilə bağlı bizə müraciət edib. Biz onları müalicə etmişik, onlar tam şəkildə sağalıblar”.

M. Somi son vaxtlar Azərbaycan səhiyyəsinin inkişaf etdiyi, müasir avadanlıqlarla təchiz edildiyini də vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button