ArxivIslamXəbər lentiXəbərlər

“Namaz ümmətin üzünə açılmış bir rəhmət qapısıdır”

Ayətullah Xamenei Ümumölkə Namaz İclasına müraciət edib

Qafqaz.ir-in İslamazeri yə istinadən verdiyi xəbərə görə, İslam İnqilabının Rəhbəri Ayətullahuluzma Xameneinin bu gün səhər Vəliyyi Fəqihin Əlborz vilayətindəki nümayəndəsi və Kərəcin imam cüməsi höccətulislam vəlmuslimin Hüseyni Həmədani tərəfindən qiraət olunmuş müraciətində deyilir: “Namaz, bütün ümmətin üzünə açılmış bir qapıdır ki, onun vasitəsilə Allah-Taalanın hidayəti və rəhmətinə çatmaq, eləcə də həyatı düzgün və xeyir-bərəkətlə dolu istiqamətə yönləndirmək olar. Hər bir şəxsin mənəvi sağlamlığı namazla bağlıdır və hər bir cəmiyyətin “sirati-müstəqim”i və saf həyatı da yalnız onda, namazın qılınması ilə reallaşacaqdır.”

Müraciətdə daha sonra deyilir: “Kitab və ənənələrdə namazın qılınmasına təkidin, bu rəhmət qapısının müsəlman şəxs və cəmiyyətin üzünə açıq qalmasından başqa, bir hədəfi yoxdur. Rəsmilər, ruhanilər dini təbliğat və təlim üzrə məsul şəxslər, eləcə də xalqın bütün təbəqələri namazın qılınması məsuliyyətinə şərikdirlər.”

25-ci Ümumölkə Namaz İclası bu gün səhər İranın islami irşad və mədəniyyət naziri, ostanların imamcümələri, şəhid ailələri, hərbi və polis komandanlarının iştirakı ilə “Namaz və İctimai Zərərlərin Azaldılması” şüarı ilə Əlborz vilayətinin Kərəc şəhərində yerləşən Mohəmmədşəhr məntəqəsindəki İmam Xomeyni(r.ə.) adına Ali Təhsil Mərkəzində işə başlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button