ArxivXəbər lentiXəbərlər

Natiq Cəfərli: “Ölkədə işsizlərin rəsmi sayı ilə real rəqəmlərdə ciddi fərq var”

2016-cı il sentyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4 milyon 970,7 min nəfər olub, onlardan 4 milyon 724,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Cari il avqustun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 521,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 888,8 min nəfər, qeyri-dövlət sektorunda isə 632,3 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,6 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 486,5 min nəfər çalışıb. 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 34,4 min nəfər olub.

İqtisadçı ekspert Natiq Cəfərli Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, rəsmi statistik məlumatlar dövlət və özəl sektorda muzdla işləyən işçilərin sayını Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatdan keçən və oraya ödənişlər edən insanların sayını göstərir. Bu da təqribən 1,5 milyon ətrafında dəyişir. Amma ölkə əhalisinin 9,7 milyon nəfər olduğunu və iş qabliyyətli əhalinin təqribən 5 milyon nəfər olduğunu nəzərə alsaq belə nəticə əldə etmək olar ki, işsizlərin sayı xeyli yüksəkdir. Ölkədə rəsmi işsizlik yalnız rəsmi müraciət əsasında, rəsmi işsiz kimi qeydiyyata alınma ilə hesablanır. Bu da ümumi statistik göstəricilərdə cəmi 5% göstərilir. Rəsmi müraciət edilməsə o şəxs işsiz statusu almır. Bu baxımdan işsizliyi ilə bağlı heç bir müavinət də almır. Ölkədə də təbii ki, işsiz qalan əhalinin əksəriyyəti qeydiyyatdan keçmir. Ola bilər ki, heç bunun prosedura qaydalarını belə bilmir. Bu baxımdan hökumətin açıqladığı rəsmi statistika rəsmi işsizlərlə bağlı olur. Bu da çox cüzi rəqəm alınır. Bu səbəbdən də reallıqla və rəsmi göstəricələrə ciddi fərq yaranır”.qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button