ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İbadətlə yanaşı, yetimlərə qayğı göstərmək də savabdır – Ramazanın 8-ci gününün duası

 İslam dinində insanın Allaha ibadət etməsinə əhəmiyyət verildiyi kimi, ətrafdakı acların doyuzdurulması, yetimlərə qayğı göstərilməsi, insanlara ədəb-ərkanla davranılması da yüksək tutulur.

SalamNews xəbər verir ki, bu gün mübarək Ramazan ayının səkkizinci günüdür.

Bu gün üçün nəzərdə tutulmuş münacatda insandan təkcə ibadətlə məşğul olmaq tələb edilmir, ibadətlə yanaşı, yetimlərə qayğı göstərmək, salam verməkdə öncül olmaq, aclara iftar verib doyuzdurmaq və kərəm sahibləri ilə oturub-durmaq tövsiyə olunur.

Həzrət Məhəmməd peyğəmbərdən (s) belə bir hədis nəql edilir: “Oruc tutanlara iftar verən onların orucları qədər savab qazanar.”

Təbii ki, burada oruc tutan yoxsullara daha çox qayğı göstərilməsi nəzərdə tutulur, hədis əsasən bu kimi insanlara şamil edilir.

Ramazan ayının səkkizinci gününün duası:

“Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin.”

Tərcüməsi:

“İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!”.

Qeyd edək ki, hər il olduğu kimi bu il də İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi Ramazan ayı münasibətilə ənənəvi aksiyanı davam etdirəcək. Aksiyanın şüarı “İsrafçılıq və dəbdəbədən uzaq, sadə iftar süfrəsi”dir. Eyni zamanda, aksiya imkanı olan hər kəsi ehtiyac duyan insanlara kömək etməyə dəvət edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button