ArxivXəbər lentiXəbərlər

Zərdüşt Əlizadə: “Türkiyə xəbərdarlıqlara baxmayaraq Mosula qoşun yeridə bilər”

Bağdad hökuməti Türkiyənin Mosul əməliyyatında iştirak etməsini qətiyyətli şəkildə qadağan edib. Rəsmi Bağdad hökumətindən bildiriblər ki, hal-hazırda Türkiyə heç bir formada İraqın Silahlı Qüvvələrinin Xalq Könüllülərindən ibarət dəstə ilə birgə İŞİD terror qruplaşmasının İraqdakı sonuncu qalası olan Mosulu azad etmək üçün keçirdiyi hərbi əməliyyatlarda iştirak etmir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, onun təmsil etdiyi ölkə İraqın ən böyük ikinci şəhəri olan Mosulu İŞİD-dən azad etmək üçün quru əməliyyatlarını keçirməyə hazırdır. Türkiyə Mosulda quru əməliyyatlarını keçirməyə hazırdır. Suriyada olduğu kimi, biz İraqda da həmin hərbi əməliyyatlara başlaya bilərik”, – deyə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, beynəlxalq hüquq bütün dünya miqyasında qüvvədən düşüb: “Bu gün İraqda Mosulun işğaldan azad edilməsi ilə bağlı çox ciddi əməliyyatlar gedir. Mosul əməliyyatları ilə bağlı müzakirələr də eyni templə davam edir. İraq hökuməti ciddi şəkildə Türkiyənin bu əməliyyatlara qoşulmaması ilə bağlı xəbərdarlıq edib. Amma Türkiyə hökuməti Mosul əməliyyatlarına qoşulmağını istisna etmir. Düşünürəm ki, Türkiyə İraq hökumətinin ciddi xəbərdarlıqlarına baxmayaraq Mosula qoşun yeridə bilər. Çünki, hal-hazırda İraq hökuməti ilə heç kəs hesablaşmır. Vaxtı ilə Səddam Hüseynin yürütdüyü siyasət İraq hökumətini elə bir duruma salıb ki, İraqı beynəlxalq hüquqda bir subyekt kimi saymırlar. Belə olan halda Türkiyə lazım bilsə heç kəsin xəbərdarlığına baxmayaraq Mosula ordusunu daxil edəcək. Təəssüflər olsun ki, beynəlxalq hüquq bütün dünya miqyasında qüvvədən düşüb. Yerlərdə qüvvələr nisbəti hər şeyi müəyyənləşdirir. Türkiyə öz qoşununa güvənib istədiyini edə bilər. Türkiyə bu əməliyyatlarda iştirakı ilə yeni qüvvələr nisbətində, konfiqurasiyada öz istəklərini daha əzmlə müdafiə etməyə qadir olacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button