Xəbərlər

Azərbaycan milyonçu ailələrin sürətlə varlandığı siyahıdadır

Ailələrin sərvəti Uruqvayda, İsveçdə, Yeni Zelandiyada, Azərbaycanda və Meksikada daha sürətli artır.

Dünya miqyasında fərdi şəxslərin sərvəti bu il 241 trilyon dollara yüksələrək tarixdə ən yüksək səviyyəyə çatıb.
İsveçrənin “Credit Suisse” bankının nəşr etdiyi hesabata görə, artan əmlak qiymətləri və birjalarda yüksəlmə səbəbilə var-dövlət də rekord vurub.

2013-cü ilin ortalarından etibarən Amerika Birləşmiş Ştatlarında milyonerlərin sayı bir il ərzində təxminən 2 milyon adam artıb.
Bu ədəd Yaponiya valyutasının- Yenin dəyər itirməsi səbəbilə 1,2 milyon adam azalıb.

Qlobal şəxsi sərvətin 72,1 triliyon dolları ABŞ-ın payına düşür.

Hesabata görə, qlobal sərvət qarşıdakı beş ildə 40% artaraq 334 trilyon dollara çatacaq.
Regional əsasda adambaşına düşən sərvətin orta göstəricisinə görə, 2005-ci ildən bu yana ilk dəfə Şimal Amerika Asiya-Sakit okean bölgəsini və Avropanı geridə qoyub.

Ölkələrə görə siyahıda ilk yeri hər yetkin insana 380 min avroluq sərvət miqdarı ilə İsveçrə tutub.
Onun ardınca 298 min avro ilə Avstraliya və Norveç gəlir.

Hesabatda o da qeyd olunur ki, ailələrin sərvəti Uruqvayda, İsveçdə, Yeni Zelandiyada, Azərbaycanda və Meksikada daha sürətli artır.

Dünyada orta hesabla adam başına 51 min dollar sərvət düşsə də, ortaya çıxan bəzi statistikalar diqqət çəkir. Məsələn, bütün dünyadakı sərvətlərin 46%-i cəmi 1% insana məxsusdur. 10 faizlik qisim isə cəmi sərvətin 86%-nə sahibdir.
Bundan başqa, dünya miqyasında yetkinlərin üçdə ikisinin sərvəti orta hesabla 10 min dollardan aşağıdır və cəmi sərvətin yalnız 3% onların payına düşür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button