AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan milli təhlükəsizlik nazirliyində böhran.

Nazir vəzifədən niyə kənarlaşdırıldı?
Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasının səbəblərindən biri, onun və ona tabe olan məsul işçilərin ordu generallarının telefon danışıqlarını qanunsuz və İlham Əliyevin xəbəri olmadan izləməsi ehtimalı irəli sürülür.Belə ki, bu nazirliyin generallarından olan Teymur Quliyev və İlqar Əliyev, önəmli zabitlərin telefon danışıqlarını Eldar Mahmudovun əmri ilə qanunsuz olaraq dinləmələrinə görə artıq həbs olunmuşlar.
İkinci ehtimal, Eldar Mahmudovun öz Yaxinlarinin o cümlədən mərkəzi bankın sabiq müdiri olan Cahangir Hacıyevinmaliyyə özbaşınalığına göz yumması göstərilir. Bir müddət öncə işində uzaqlaşdırılan Cahangir Hacıyev, Eldar Mahmudovun işdən kənarlaşdırılmasının ardınca həbs edilib. Cahangir Hacıyev, bank pullarını mənimsəmə və öz ətrafına külli miqdarda kreditlərin verməsində ittiham olunur. Eldar Mahmudovun işdən çıxarılmasının səbəbi kimi bir ehtimal da, bu özbaşınalıqlara göz yumması göstərilir.
Üçüncü ehtimal, MTN-in terrorizmlə mübarizədə zəiflik göstərməsinə qayıdır. Suriya müharibəsi başlanan gündən, bir çox Azərbaycan vətəndaşları, Suriya xalqına qarşı vuruşan terrorçulara qoşulmaq üçün Suriyaya ezam olmuşdur. Azərbaycan vətəndaşlarının bu terrorçulara qoşulmasının əsas səbəbini, rəsmi Bakının ölkədəki vəhhabilərin fəaliyyətinə qarşı tolerant olmasında axtarmaq lazımdır.
Azərbaycanhakimiyyəti islamçı şiələrin qarşısını alaraq və Azərbaycan vəhhabilərinin, məxsusən də Azərbaycanın şimalı və Rusiya ilə sərhəd olan məntəqələrədə yaşayan vəhhabilərin faəliyyətinə şərait yaratdı, Ərəbistan və Küveytin yardım kampaniyası adı altında terrorçuluğu təbliğ etməsində həmkarlıq etdi.
Amma Azərbaycan təhlükəsizlik təşkilatları, sonradan anladılar ki, cihad adı altında Suriyaya aparılan terrorçular, sonradan ölkəyə qayıdarlarsa, ölkənin təhlükəsizliyi üçün böyük problemə çevriləcəklər. Bunun üçün də, Suriyadakı terrorçulara qoşulmağa hazırlaşan və oradan geri dönən çox sayda terrorçu həbs olunmuşdur.
Azəybaycan saytları Eldar Mahmudovun yerinə, İlham Əliyevin hərbi və təhlükəsizlik məsələləri üzrə müşaviri Məhərrəm Əliyevin təyin edəcəyi ehtimalını yazırlar.
.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button