ArxivXəbər lentiXəbərlər

Gəncədə yenidən gərginlik var – FOTO

İnanclılar həbs edilənlərin azadlığı üçün polis idarəsinin qarşısına toplaşıblar

Bu gün Gəncədə polis tərəfindən saxlanılanların (ötən axşam Şah Abbas məscidində namaz qılmağa gedənlərin) sərbəst buraxılması üçün inanclılar Gəncə şəhər polis idarəsinin qarşısına toplaşıblar. Gəncə Şəhər Polis idarəsinin qarşısına toplaşanlar saxlanılan şəxsələrin günahsız olduqlarını, məscidə namaz qılmağa getdiklərini və onların döyüldüklərini bildiriblər.

 FaktXəbər-in “Aypara.tv”yə istinadən verdiyi məlumata görə, polis idarəsinin qarşısına toplaşanlar, “Bizim bu gün bura gəlməkdə məqsədimiz, günahsız yerə saxlanılanların sərbəst buraxılmasını sakiçiliklə tələb etməkdir. Bir ölkə bizə çönüb baxsın. Bizim qarşıqlıq və xaos yaratmaq fikirimiz yoxdur, biz asayişi pozmuruq, biz illərdən bəri burada davam edən ənənəvi Tasua və Aşura mərasimlərini keçirmək istəyirik, iki gündür döyülüb həbs edilirik, boynumuza qoyurlar ki, guya biz qarışıqlıq yaradırıq, aksiya keçiririk və ya asayişi pozuruq. Bu hansı müsəlman cəmiyyətində görünüb ki, polis məscidi əhatəyə alıb, qapısını bağlasın, azan verilməsin və insanlar ora yaxınlaşıb haqqını tələb edəndə də döyülsünlər”, – deyə bildiriblər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button