ArxivXəbər lentiXəbərlər

Zülfüqar Mikayılzadənin məhəkəməsi keçirilib

Prosesdə qərar elan olunub.
Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Zülfüqar Mikayılzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
“Report”un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Z.Mikayılzadənin apellyasiya şikayəti təmin edilməyib. Birinci instasiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Xatırladaq ki, ötən həftə Nəsimi Rayon Məhkəməsində Z. Mikayılzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. İstintaq orqanının verdiyi təqdimat təmin olunub və Z.Mikayılzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button