ArxivXəbər lentiXəbərlər

Ziyalılar Birliyinin sədri AİP liderindən danışıb

Azərbaycan Respublikası Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev növbəti dəfə AİP lideri Möhsün Səmədovu müdafiə edən açıqlama ilə çıxış edib.

İslamazeri.az-ın verdiyi xəbərə görə, FaktXeber.com-a danışan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev AİP liderinə qarşı təzyiqləri tənqid edərək deyib: “AİP lideri Möhsün Səmədovun saxta ittihamlarla həbs edilməsi hər kəsə gün kimi aydındır. Əslində ona qarşı yaşananlar ondan xəbər verir ki, hakimiyyət Möhsün Səmədovu fiziki baxımdan məhv etmək istəyir”.

Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev son günlər AİP liderinin qapalı tipli Qobustan həbsxanasında karserə salınmasını da pisləyib: “Möhsün Səmədov kimi əxlaqına, imanına və əqidəsinə sadiq bir insanla vaxtı ilə yaxın münasibətdə olduğuma görə fəxr edirəm. Görünən budur ki, hakimiyyət Möhsün Səmədovdan qisas almağa çalışır. Cəmiyyət olaraq Möhsün Səmədovu özümüzə örnək qəbul etməli və hər bir şəxs onun müdafiəsinə qalxmalıdır. Biz ümid edirik ki, qısa bir zaman ərzində AİP liderini yenidən öz aramızda və azadlıqda görəcəyik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button