ArxivXəbər lentiXəbərlər

Zindandan məktub var: Gecələri ən gözəl gecə olan RAMAZAN…

Nardaran hadisələri ilə bağlı həbs olunan Sahil Rzalı zindandan məktub yazıb. O, Ramazan ayının gəlişi münasibəti ilə xalqımızı təbrik edib və bu müqəddəs ayın fəzilətlərindən yararlanmağa çağırıb: “Böyük xalqımı, müsəlman bacı və qardaşlarımı ayların ən gözəli olan Ramazan ayının gəlişi münasibətilə təbrik edirəm. Bu ayın fəzilətlərindən yaralanmağı hər birinizə arzu edirəm. Müqəddəs Kitabımızın nazil olduğu bu ayda Fələstində baş verənlər hər bir insan kimi bizim də içimizi silkələdi. 8 aylıq Leylanın vəhşicəsinə öldürülməsi bir ailənin faciəsi deyil. Bu sionizimin islam aləminin inkişafını beşikdəcə boğmaq istəyinin gerçək ifadəsidir. Düşmən amansızdır və körpəyə, qocaya, qadına, xəstəyə, hətta əlilə aman vermir. Din alimi və məşhur sosioloq Əli Şəriətinin bir yaxşı sözü var, deyir ki təməlində ədalət olmayan cəmiyyət məvhə məhkumdur.

Bəlkə də fələstinlilər zamanında onlara qarşı edilən ədalətsizliyə etiraz etsəydi bu gün körpələr, əlillər Şəhid edilməzdi.

Bəli, imanını qoruyanlar mütləq ədaləti qoruyacaq. Mütləq ədaləti qoruyanlar inkişaf etmiş, azad cəmiyətdə yaşamaq səadətinə qovuşacaq.

Ramazan gecələri ən gözəl gecələrdir deyirlər. Bu gözəl gecələrin aydın, zillətdən uzaq, zülümdən uzaq səhərlərini bizə nəsib etməsi üçün Uca Yaradana dua edin və ədalətli cəmiyyətimiz uğrunda mübarizə aparın. Ramazan ayı duaların daha tez Haqqın Dərgahına çatdığı məqamdır. Allah məqamnızı uca etsin!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button