AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Zindanda olan dindarın Azərbaycan R-nın xalqını oyatmaq üçün təlaşı

M.Səmədov deyib: “Etirazlara baxmayaraq hakimiyyət referendum keçirəcək. Əsas odur ki, cəmiyyət siyasi hadisələrə münasibətdə süst olmasın. Referenduma etirazsızlıq məni çox narahat edir”.
Qafqaz Mədəniyyət Mərkəzi – 2011-ci ilin yanvar ayının ilk günlərində doktor Mövsüm Səmədov Azərbaycan Respublikasının hakimiyyətinin siyasətlərinə qarşı odlu etiraz çıxışından bir neçə gün sonra əsassız ittihamlarla həbs edildi. Ölkəsinin hakimlərinin zülmü ilə mübarizəyə himmət kəməri bağlamış doktor Səmədov əvvəl sürücülük qanununu pozması ittihamı ilə saxlanıldı. Sonra narkotik maddələr saxlama kimi qurulmuş və gülünc ittihamlar, sonda isə qeyri-qanuni silah saxlama və daşıma, dövlətin təhlükəsizliyinə qarşı hərəkət kimi daha ağır ittihamlarla mühakimə olundu. Azərbaycanın məhkəmə sistemi onun xalqı oyatması payını 12 il həbslə verdilər. Amma belə görünür ki, doktor Səmədovun mübarizə hərəkatı nə zindanla dayanır, nə işkəncə, nə də baykotla!
Mübariz şəxsiyyət dəfələrlə ölkənin mühüm mövzuları barədə fikrini bildirmiş, öz nəzərlərini məktub vasitəsilə xalqa çatdırmış, digər mübarizlər, siyasi və islamçı məhbuslar barədə xala məktublar yazmışdır. O, xüsusilə də ölkəsində baş verən siyasi hadisələr barədə heç vaxt sakit qalmamış, mövzuya uyğun fikirlərini cəmiyyətə çatdırmışdır.
Bu dəfə də doktor Səmədov sanki, ölkəsinin xalqının sükutundan bir az gileylənərək öz etirazını zindandan başlamışdır. O, ötən günlərdə vəkili ilə görüşündə bildirib ki, keçirilməsi planlaşdırılan Konstitusiyaya dəyişikliklər aktına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıb. Bəlkə, xalq hökumətin zülmü qarşısında sükutunu pozdu. Bundan öncə də Azərbaycan İslam Partiyasının həbsdə olan sədri M. Səmədov bir məktubda xalqa müraciət edərək yazmışdı: “Çox təəssüflüdür ki, Azərbaycanın hakimiyyət üsulunun Stalinin idarə modeli ilə fərqi yoxdur. Dövlət istədiyi hər bir qanunu xalqa qəbul etdirir. Sözsüz ki, belə bir yaşayış Azərbaycan xalqının ruhu ilə ziddir. Ümid edirəm ki, Azərbaycan xalqı öz taleyini həll etməkdə nə şərq, nə də qərbdən kömək gözləməyəcək. Çüki bilir ki, özləri öz talelərinə cavabdeh olmasalar, səadət qapıları onların üzünə açılmayacaq”.
Azərbaycan Respublikasının həbsdə olan ruhanisinin etirazı ilə eyni zamanda bir sıra qərbyönümlü müxalif partiyalar və şəxsiyyətlər də Konstitusiyaya dəyişikliklər edilməsinə etiraz edirlər, hətta bu məsələyə görə etiraz aksiyası keçirəcəklərini bildirirlər.
Bəs görəsən, Azərbaycan Respublikasının Konstitusiyasındakı nəzərdə tutulan bu dəyişikliklər nədir ki, doktor Səmədov həmin dəyişikliklərin qəbulunu ölkədə monarxiya üsulunun rəsmiləşdirilməsi adlandırır?
Nəzərdə tutulmuş dəyişiklik budur ki, ölkənin hazırkı Konstitusiyasının 100-cü maddəsinə əsasən, 35 yaşdan yuxarı vətəndaşlar prezidentliyə namizədliyini verə bilərlər. Lakin nəzərdə tutulan dəyişiklik qeyd edilən maddədən yaş məhdudiyyətini çıxarır. Həmçinin prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması Konstitusiyaya dəyişikliklər arasında ciddi mövzulardandır.
Konstitusiyaya dəyişikliklər planına əsasən Azərbaycan R-sı vətəndaşları Milli Məclisdə deputat olmaq üçün öz namizədliklərini irəli sürə bilərlər, halbuki hazırkı Konstitusiyada Milli Məclisdə deputat olmaq üçün ən aşağı 25 yaş qeyd edilmişdir.
Konstitusiyaya dəyişikliklərdə Milli Məclisin buraxılması yolu, daxili və beynəlxalq müqavilələrin bağlanması haqqı, bələdiyyə və digər orqanların səlahiyyətinin müəyyənləşməsi də nəzərdə tutulmuşdur və bunların hamısı prezidentin səlahiyyətlərini artırmaq və bir növ onun hökumətini davamlı etmək məqsədi daşıyır.
Azərbaycan R-sı prezidenti cari il 26 sentyabrda referendumun keçirilməsini təsdiq etmişdir.
Xülasə demək olar ki, təklif olunan dəyişikliklər arasında prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması, prezidentliyə namizədlik üçün 35 yaş şərtinin ləğvi, Milli Məclisə deputat olmaq üçün 25 yaş şərtinin ləğvi, Milli Məclisin buraxılmasının, vaxtından qabaq seçkilər keçirilməsinin, prezidentə vitse-prezident və digər müavinlər vəzifəsinin yaradılmasının, bu vəzifələrə gələcək şəxslərin seçilməsinin ixtiyarını prezidentə vermək, bütün bunların xalqın seçimindən xaric etmək, xüsusi malikiyyət haqqının ölkədə məhdudlaşması nəzərdə tutulur.
Doktor Səmədov deyib:“Etirazlara baxmayaraq hakimiyyət referondum keçirəcək. Əsas odur ki, cəmiyyət siyasi hadisələrə münasibətdə süst olmasın. Referenduma etirazsızlıq məni çox narahat edir. Referendumun sakit keçməsi, etirazsız qarşılanması Azərbaycan xalqının axırıncı qürurunu əlindən almaqdır. Hər bir azərbaycanlını qanunun verdiyi imkanlar çərçivəsində bu dəyişikliklərə etiraza çağırıram. Biz ədalətli dövlət istəyirik, bu gün Azərbaycan xalqının milli vəhdətə ehtiyacı var”.
AB İnsan Haqları Təşkilatı Azərbaycan Respublikasında insan hüquqlarının pozulması barədə dəfələrlə fikir bildirdikdən sonra bu dəfə M. Səmədovun aclıq aksiyası haqqında susur. Çünki onun özü vəkili ilə söhbətində bildirmişdi ki, müəssisə rəhbərliyinə aksiyanın qeydiyyata alınması və aksiyaya həkim nəzarəti olunması ilə bağlı müraciət etsə də, hələlik onun səhhətinə həkim nəzarəti yoxdur.
Doktor Səmədovun xalqa ürəkağrıdan məktubu bu ayənin dərin mənasını xatırladır: “Hər hansı bir tayfa öz tövrünü (halın) dəyişmədikcə, Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button