ArxivXəbər lentiXəbərlər

Zərif D-8 ölkələrini ABŞ-ın İran əleyhinə birtərəfli hərəkətləri ilə qarşılaşmağa çağırıb

İran İslam Respublikası xarici işlər naziri D-8 ölkələrini Amerikanın İran əleyhinə qanunsuz sanksiyalarına qarşı çıxmağa çağırıb.

İRNA-nın verdiyi məlumata görə, İİR XİN başçısı Məhəmməd Cavad Zərif bu gün Türkiyənin Antaliya şəhərində D-8 qrupunun xarici işlər nazirlərinin 18-ci iclasında etdiyi çıxışında deyib: Hazırkı şəraitdə D-8 kimi qruplar çərçivəsində iqtisadi və ticarət üzrə multilateralizm gücləndirilməlidir. 

Zərif Beynəlxalq Valyuta Fondu tərəfindən ümumdünya iqtisadiyyat üçün durğunluq vəziyyətinin proqnozlaşdırılmasına toxunaraq deyib: Heç şübhəsiz ki, belə bir perspektivin səbəbi unilateralizm, ticarət maneələri və gün-gündən artan sanksiyalardır. 

İranın XİN başçısı deyib: Özbaşına ticarət təşəbbüsləri, əvəzini çıxma səyləri və iqtisadi sanksiyalar dünya iqtisadiyyatını əngəlləyə və çoxtərəfli geniş əməkdaşlıqları təsir altına ala bilər. 

Zərif D-8 qrupunun müştərək amalların reallaşması uğrunda çoxlu fürsətlərə zəmin hesab olduğunu bildirərək bu təşkilaıtın 8 üzvü arasında istənilən strategiyanın yaradılmasına çağırıb. 

D-8 ölkələrinin xarici işlər nazirlərinin 18-ci iclası bu gün Türkiyənin Antaliya şəhərində keçirilib. 

D-8 qrupu inkişaf etməkdə olan 8 müsəlman ölkədən ibarətdir və inkişaf etməkdə olan müsəlman ölkələr arasında möhkəm iqtisadi əlaqələrin yaradılması, bu ölkələrin dünya bazarlarındakı nüfuzunun gücləndirilməsi məqsədi ilə yaradılıb. İran, İndoneziya, Banqladeş, Pakistan , Türkiyə, Malayziya, Misir və Nigeriya D-8 qrupunun üzvlərini təşkil edirlər. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button