ArxivXəbər lentiXəbərlər

Zərdüşt Əlizadə: “ABŞ NATO-dan başqa qurumun yaradılmasına imkan verməyəcək”

Son vaxtlar Qərb öz ordusunu yaratmaq istiqamətində ciddi müzakirələr aparır. Bu günlərdə Almaniyanın də bu mövzuya müsbət reaksiyasının olması mövzunu kifayət qədər ciddiləşdirib. Amma bu layihənin gerçəkləşməyini istəməyən ölkələrin sayı da az deyil. Böyük Britaniya vahid Avropa Birliyi ordusunun yaranmasına mane olacaq. Böyük Britaniyanın ən böyük narahatlığı vahid AB ordusunun NATO-nu təkrarlamağa cəhd etməsidir.

Politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Avropa dövlətlərinin əlahiddə bir ordu yaratmaq istəyi müəyyən siyasi qrupların istəyidir: “Ordunu adətən dövlət və ya dövlətlər birliyi yaradır. Şimali Atlantika İttifaqı adlanan NATO var və bunu dövlətlər birliyi yaradıb. Amma bu birliyin aparıcı qüvvəsi ABŞ-dır. Bu gün ABŞ-dan fərqli olaraq Avropa dövlətlərinin əlahiddə bir ordu yaratmaq istəyi müəyyən siyasi qrupların istəyidir. Bu layihəni də həyata keçirmək üçün böyük iradə və yekdillik lazımdır. Bu ideya əslində müxtəlif formalarda müxtəlif cür müzakirələrə çıxardılıb. Bir vaxt Fransa-Böyük Biritaniya briqadası, müxtəlif batalyonlar yaradılırdı. Amma düşünürəm ki, Avropanın əlahiddə ordu yaratmaq cəhdləri səmərəsiz qalacaq. Çünki, NATO var və ABŞ NATO-dan başqa hər hansısa bir başqa qurumun yaradılmasına imkan verməyəcək. Əsasən də Şərqi Avropa ölkələri ABŞ-dan asılı durumdadırlar. Onlar istəməyəcək ki, ABŞ-dan başqa onların hansısa bir hamisi olsun. Eyni zamanda ABŞ-ın hamiliyi altında NATO-nun qalması Avropa ölkələrinə imkan verir ki, hərbi xərclərini kifayət qədər azaltsınlar. İndiki iqtisadi çətinlik dövründə hansısa ordu yaratmaq qərarına çətin ki, gəlsinlər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button