ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər.
Qafqaz.ir-nin məlumatına əsasən, oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Təyyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Xatırladaq ki, bu azad olunmuş ərazilərdə inşa edilmiş sayca ikinci hava limanıdır. Ötən il Füzuli hava limanı istifadəyə verilmişdir. Zəngilan Beynəlxalq Hava Limanı bir il yarım ərzində inşa edilib.
Bəzi yerli ekspertlər ölkə əhalisinin məişət problemlərindən əziyyət çəkdikıəri bir vaxtda 3 hava limanının tikilməsinə böyük vəsaitin xərclənməsinə öz iradlarını bildirirlər, bəziləri də bir addım irəli gedərək bunları korrupsiya layihələri adlandırırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button