ArxivIslamQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Zəngəzur dəhlizinin açılması labüddür

Azərbaycan analitikləri hesab edirlər ki, İlham Əliyevlə Nilkol Paşinyanın Brüsseldə apardığı danışıqlar Soçi görüşündə qəbul edilmiş bəyanatda əks olunmuş sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması məsələlərinin müzakirəsinin davamı oldu. Dəmiryol əlaqəsinin bərpası Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur.

“Qafqaz qovşağı” portalının məlumatına əsasən, Avrointeqrasiya üzrə Azərbaycan milli ictimai komitəsinin üzvü Toğrul Cuvarlı qeyd edib ki, hələlik söhbət dəmiryolunun açılmasından gedir, çünki avtomobil yolunun açılması məsələsinə aydınlıq gətirilməyib. Doğrudur, dəmirylolu məsələsində də mövqelər heç də üst-üstə düşmür. Azərbaycan tərəfi hesab edir ki, dəhliz boyu hərəkət sərbəst, heç bir gömrük prosedurları olmadan baş verməlidir. Ermənistan isə əksini düşünür. Lakin ən əsası odur ki, tərəflər bu dəhlizin yaradılması barədə ümumi razılığa gəlib. Şarl Mişel bəyan edib ki, dəmiryolun bərpası sərhəd və gömrük nəzarətinin “qarşılıqlı surətdə” təmin edilməsini nəzərdə tutur. Bu formul müxtəlif cür izah edilə bilər, çünki bir tərəfdən bu, dəhlizin “ekstraərazi” prinsipini istisna edir, digər tərəfdən Azərbaycanın da mövqeyini əks etdirir, çünki Zəngəzur dəhlizinin Laçın dəhlizi ilə eyni statusda olmasını nəzərdə tutur.

Turan informasiya agentliyinin direktoru Mehman Əliyev isə

bildirib ki, Cənubi Qafqazda sülhün bərqərar edilməsi bütün əsas regional oyunçuların mənafelərinə uyğundur.

Eksremal jurnalist araşdırmaları mərkəzinin eksperti Tofiq Dadaşov qeyd edib ki, Brüssel görüşü Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasına kömək edəcək.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə deyib ki, çox mühüm bir tədbirdə Azərbaycanın mövqeyi Qərb tərəfdaşlarına çatdırılıb. Aydın oldu ki, hamı Azərbaycanın münaqişədən sonrakı gündəliyini qəbul edir. O cümlədən Avropanın ən təsirli təşkilatı olan Avropa İttifaqı Azərbaycanın mövqeyini dəstəkləyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button