ArxivXəbər lentiXəbərlər

Əsas səhifə ABŞ-ın İran sanksiyaları: İsrail razı, Qərb narazı – Təhlil

ABŞ rəhbərliyi 2015-ci ildə nüvə müqaviləsi çərçivəsində qismən ləğv etdiyi İran sanksiyalarının yenidən tətbiqinə başlayıb. Sanksiyaların ikinci və son paketi dünəndən etibarən rəsmən qüvvəyə minib.
Həqiqət QHT (Truth NGO) – ABŞ rəhbərliyi 2015-ci ildə nüvə müqaviləsi çərçivəsində qismən ləğv etdiyi İran sanksiyalarının yenidən tətbiqinə başlayıb. Sanksiyaların ikinci və son paketi dünəndən etibarən rəsmən qüvvəyə minib. İran Milli Neft Şirkətinin beynəlxalq fəaliyyətlərini məhdudlaşdıracaq sanksiyalarla ölkə iqtisadiyyatına zərbə vurmağı qarşısına məqsəd qoyan ABŞ rəhbərliyi, xarici maliyyə təşkilatlarının İran Mərkəzi Bankı və digər banklarla əməliyyat aparmamasını da sanksiyalara daxil edib. Bundan başqa, banklar arasında beynəlxalq fond transferlərini həyata keçirən SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) sisteminin embarqo tətbiq olunan bütün İran maliyyə qurumlarına bağlanmaması halında ABŞ-ın sanksiyalarına məruz qalacağı bildirilir. Dünən həyata keçən ikinci sanksiya paketi çərçivəsində ölkənin limanları, zavodları və dəniz nəqliyyatı sektoru embarqoya daxil edilib. İran İslam Respublikasının Gəmiçilik Şirkəti (IRISL), İran Cənub Gəmiçilik Xətti Şirkəti və ona aid qurumlar ABŞ Maliyyə Nazirliyinin qara siyahısına əlavə olunub. ABŞ İran vətəndaşı olan 700-dən çox fiziki və hüquqi şəxsə, o cümlədən gəmilərinə və təyyarələrinə qarşı sanksiyalar tətbiq edib. Həmçinin rəsmi Vaşinqton İranın Atom Enerjisi Təşkilatına da sanksiyalar tətbiq edib. Eyni zamanda məhdudiyyətlər İslam Respublikasının milli aviaşirkətindən və Mərkəzi Bankından da yan keçməyib. Ümumiyyətlə, bu ölkənin 50 bankına sanksiya tətbiq edilib. ABŞ-ın İrana tətbiq etdiyi sankasiyalar İsrail rejimini razı salıb. İsrail baş naziri Benyamin Netanyahu, partiyası “Likud”un qrup toplantısında çıxışı zamanı bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsinin başlaması münasibətilə Trampa təşəkkür edirəm. Bu gün tarixi bir gündür. ABŞ Prezidenti Trampa bu cəsarətli və mühüm qərarına görə bir daha təşəkkür etmək istəyirəm. Bu qərar sabitlik və sülhlə yanaşı təhlükəsizliyə də töhfə verəcəyini düşünürəm. İsveçrə konfederasiya sədri Alen Berset isə İsveçrənin paytaxtı Berndə İsveçrə Xarici Jurnalistlər Dərnəyinin (APES) keçirdiyi mətbuat konfransında sanksiyalarla bağlı açıqlama verib. ABŞ-ın 2015-ci il nüvə müqaviləsi çərçivəsində götürülən bütün İran sanksiyalarını yenidən tətbiq etmək qərarı haqqında danışan Berset bildirib ki, İsveçrə İranla əldə olunan nüvə sazişini həmişə müdafiə edib. İran müqaviləyə əməl edib. Müqavilə işləyir. İyul ayında İran prezidenti Ruhani ilə görüşəndə ona müqavilənin bizim üçün önəmli olduğunu demişəm. İranla olan müqavilə mütləq qorunmalıdır. Bundan əlavə İranın BMT-dəki daimi nümayəndəsi Qulam Əli Xoşrou qurumun baş katibi Antoniu Quterreşə ABŞ-ın Yaxın Şərq dövlətinə qarşı tətbiq etdiyi yeni sanksiyalara qarşılıq vermək xahişi ilə müraciət edib. Müraciət mətnində bildirilir ki, Birləşmiş Ştatların birtərəfli qaydada hərəkəti BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini, həmçinin BMT Nizamnaməsinin müddəalarını pozur. ABŞ-ın məsuliyyətsiz davranışı beynəlxalq birliyin kollektiv şəkildə reaksiyasına ehtiyac duyur. Qeyd edək ki, ABŞ  İrana qarşı tətbiq olunan sanksiyaları müvəqqəti olaraq 8 ölkəyə şamil etməyib. ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, biz Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə üçün güzəşt etdik.   Eastnews.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button