AktualAktualArxivXəbər lentiXəbərlər

Nahar diplomatiyası: Azərbaycan dövlətinin qərb qarşısındakı yeni siyasəti

Qafqaz mədəniyyət mərkəzinin raportuna görə Avropa oyunları Bakıda keçirildikdən sonra bu qitənin bəzi mediya və ölkələri Azərbaycan dövlətini tənqid edərək ilkin insan hüquqlarına riayət edilməyən bir ölkədə belə bir müsabiqənin keçirilməsini sual altına almışlar.

Bu tənqidlər Azərbaycanla qərb ölkələri arasındakı diplomatik əlaqələrinə əks təsir buraxmışdır. Azərbaycanın yüksək rütbəli rəsmiləri bu ölkəyə olan tənqidləri qısqanclıq hesab edirlər. Son günlərdə Azərbaycanla qərb əlaqələrində gərginlik yaranmışdır.

Bu da Bakının ağır cinayətlər məhkəməsində azadlıq radiosunun Azərbaycandakı müxbiri Xədicə İsmayılovaya qarşı verilən hökmdən irəli gəlir. Qərb dövlətləri və Avropa təşkilatları bu məhkəmənin işini məhkum etməklə yanaşı bir daha Azərbaycan dövlətini insan hüququnu pozmaqda ittiham etmişlər. Bu da Bakının reaksiyasına səbəb olmuşdur.

Azərbaycan rəsmilərinin qərblilərlə söz münaqişələrindən neçə gün sonra Azərbaycanın informasiya vasitələri bildirdilər ki, bu ölkənin Vaşinqtondakı səfiri Elçin Süleymanov son bir ay ərzində Amerika dövlət katibinin müavini Tom Şatonla iki dəfə nahar eləyə-eləyə danışıqlar aparmışdır. Siyasi təhlilçilərinin qarşısına belə bir sual çıxır: Azərbaycan rəsmilərinin nahar diplomatiyası adlandırılan bu yeni siyasətinin səbəbi nədir? Müəllifin nəzərincə Bakı, qərb dpvlətlərinin, xüsusilə Amerikanın milli məclis seçkilərini və hakim partiyanın qələbəsinə olacaq  tənqidlərinin qarşısını almaq üçün yeni diplomatiya, nahar diplomatiyasına əl atmışdır.

Qeyd edək ki, ötən illərdə qərb dövlətlərinin, xüsusilə Amerikanın və beynəlxalq təşkilatların tənqidlərinin qarşısını almaq üçün kürü hadiyyə edirdi. İndi isə güdməli və nahar diplomatiyasınin nə qədər uğyrlu olacağını görməliyik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button