Şeir

Yeyib içib günah etdim bir ömür

Yeyib içib günah etdim bir ömür
Dərgahına yalvarmağa gəlmişəm
Günahla insan haqqdan uzaq düşür
Haqq yoluna bağlanmağa gəlmişəm
Cahil idim cəhalətə düşmüşdüm
Kafir kimi az qalmışdı ölmüşdüm
Dünya üçün mən Allahdan dönmüşdüm
Tövbə ilə ucalmağa gəlmişəm
Bilməz idim bu aləmdə Sən varsan
Dünənimi bu günümü sorarsan
Günahkaram Sən eybdən uzaqsan
Saflığınla saflaşmağa gəlmişəm
Hamı üçün nazil etdin Quranı
Dəvət etdin öz yoluna insanı
Ölüm ilə sən kiçiltdin dünyanı
Axirəti qazanmağa gəlmişəm

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button