ArxivIslamXəbər lentiXəbərlər

Abgül Süleymanovdan Ərbəin zəvvarlarına…

Din xadimi sözlərini dua ilə bitirib…

Azərbaycanın həbsdə olan tanınmış ilahiyyatçı alimi Hacı Abgül Süleymanov Ərbəin zəvarlarına müraciət edib:

“Allahın salamı və bərəkəti olsun möhtəşəm Ərbəin ziyarətində hazır olan və vətənlərinə qayıdan zəvvarlara və qəlbi bu ziyarətə getmək istəyən amma müxtəlif səbəblərə görə gedə bilməyənlərə. Mən öz adımdan Məhərrəm, Səfər, həmçinin qarşıdan gələn Həzrəti Muhəmmədin rehləti və İmam Həsənin şəhadəti münasibətilə başda İmam Mehdi olmaqla, dünya Əhli-beyt sevənlərinə, zindanda olan mömin qardaşlarıma, Şəhidlər sərvəri İmam Hüseyni mərifətlə ziyarət edənlərə dərin hüznlə başsağlığı verir, onlara şəhadət və səadətli həyat yaşamağı arzu edirəm. Allah, Məhərrəm-Səfər aylarında etdiyiniz əzadarlıqları, axıtdığınız gözyaşlarını, verdiyiniz ehsanları siz bacı və qardaşlardan ali dərəcədə qəbul etsin.”

Din xadimi sözlərini dua ilə bitirib: “Pərvərdigara, İmam Zamanın zühurunu tezləşdir, bizi O Həzrətin əsgərlərindən qərar ver. Quranı dünyaya hakim et! Əssalamu əleykum əla ibadillahıs Salihin…”

Bu barədə Abgül Süleymanovun “Facebook” səhifəsində paylaşım edilib.

İslamazeri.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button