ArxivXəbər lentiXəbərlər

Yaxın Şərq üçün təhlükə mənbəyi

Akif Heydərli: “İsrailin beynəlxalq qanunlara, insan haqq və hüquqlarına məhəl qoymaması, onu heç bir təzyiq və qadağalarla üzləşdirmir, sionist rejim nüvə ölkələrinin heç bir sanksiyasına məruz qalmır”

Böyük dövlətlər, xüsusən də ABŞ dünyada balanslaşdırılmış siyasət yürütdüklərini, ölkələr arasında hərbi-siyasi tarazlığı qorumağa çalışdıqlarını bəyan edirlər. Əgər belədirsə, onda nə üçün hansısa dövlətin nüvə proqramına qarşı çıxan, təhdid siyasəti yeridən qüvvələr Yaxın Şərqdə nüvə silahına qanunsuz yiyələnən İsrailə sanksiyalar tətbiq etmirlər?

İslaminSesi xəbər verir ki, Azərbaycan İslam Partiyasının (AİP) funksioneri, politoloq Akif Heydərli mövzu ilə bağlı bir neçə maraqlı detallar, İsrailə nüvə silahına malik olma haqqının tanınmasının səbəblərini açıqlayıb.  

Musahib qeyd etdi ki, nüvə silahının əhatə dairəsi genişləndikcə bəşəriyyəti kütləvi şəkildə məhv olmaq kimi qorxulu bir sindrom təhdidə başlayıb: “Yaşamaq üçün digərlərini məhv etmək psixologiyası ayrı-ayrı qrupların ideoloji silahına çevrilib. Xalqlara, onların indiyə kimi yaşadıqları həyat tərzinə, malik olduqları təbii resurslara nəinki artıq bölüşmə prinsipi ilə yanaşmadan vaz keçmək, belə qrupları onların iddialarına görə həmin maddi sərvətlərin sahiblərini kütləvi məhv etmək niyyətinə yaxınlaşdırır. Həmin qüvvələrin nüvə silahını əldə etməkdə məqsədi bu və ya digər regionda inzibati mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, bütün canlı qüvvəni məhv etmək, geniş dairəni əhatə edən yanğınlar törətmək, yaşayış mühitini, atmosferi zəhərləməkdir. Dünyada ilk atom bombası İkinci Dünya müharibəsindən sonra ABŞ-da hazırlandı və bu kütləvi qırğın silahları Yaponiyanın dinc, günahsız sakinlərinə qarşı tətbiq olundu. İki atom bombasının atılması nəticəsində yüz minlərlə insan həyatını itirdi və itkin düşdü, on minlərlə insan isə şüa xəstəliyi nəticəsində sonradan həlak oldu”.

AİP funksioneri, hazırda ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çinin digər ölkələrdən fərqli bir statusa – “nüvə ölkələri” statusuna sahib olduğunu diqqətə çatdırdı. Və qeyd etdi ki, məhz bu statusa görə həmin ölkələr digər ölkələrə müəyyən qadağalar tətbiq etmək imkanlarına malikdir: “Amma atom silahı olan bir sıra başqa ölkələr də vardır ki, onlar Nüvə Silahının yayılmaması Haqqında Müqavilənin şərtlərinə məhəl qoymurlar. Dünyanın 189 ölkəsinin qoşulduğu Nüvə Silahının yayılmaması Haqqında Müqaviləyə eyni zamanda məhəl qoymayan dövlətlər də vardır. Müqaviləyə qoşulmayan dövlətlərdən biri və mən deyərdim ki, real təhlükəlisi İsraildir. İsrail nəinki qeyd olunan müqaviləyə məhəl qoymur, hətta bu dövlət Cənubi Afrika Respublikasının nüvə arsenalı əldə etməsində yaxından iştirak edir. Əslində, İsrailin nüvə silahı əldə etməsinə günahsız yapon xalqına qarşı nüvə faciəsi bəxş edən ABŞ böyük hərbi yardımlar göstərib.    

 
Hazırda İsrailin 200 nüvə başlıqlı atom bombasına malik olması açıqlanır. Bu isə İsrailin raketdənmüdafiə sistemi və hərbi cəhətdən onun qədər modern silahlara malik olmayan region dövlətləri üçün necə bir böyük təhlükə mənbəyi olması deməkdir. Fakt olaraq İsrailin sionist bir dövlət kimi qonşu xalqlara və dövlətlərə qarşı zaman-zaman hərbi müdaxilələri göstərir ki, bu dövlətdən, yeni qlobal müharibəyə başlayacağını, həmçinin həmin ölkələrə və xalqlara qarşı nüvə silahı tətbiqindən çəkinməyəcəyini, hər an belə faciələrə müəlliflik edəcəyini gözləmək realdır.
Məncə, sionist İsrail rejiminin bundan da təhlükəli addımı bu ölkənin regionda terrorçu qruplaşmaları bütün növ, həm də modern silahlarla təmin etməsidir ki, bu halda hər an regionda nüvə terrorçuluğu kimi ağlasığmaz faciələrin başlanması gözləniləndir. Mövcud vəziyyətdən çıxış edərək demək olar ki, İsrailin beynəlxalq qanunlara, insan haqq və hüquqlarına məhəl qoymaması, onu əslində, heç bir təzyiq və qadağalarla da üzləşdirmir, sionist rejim nüvə ölkələrinin heç bir sanksiyasına məruz qalmır”.   

          
Müsahibimiz əlavə etdi ki, Təl-Əviv indiyə qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə potensialı və nüvə silahına dair hesabatla əlaqədar yönəltdiyi sorğulara və tələblərə nəinki cavab verməyib, heç məhəl də qoymayıb: “Halbuki, İsrail hələ 1950-ci ildən başlayaraq nüvə istehsalına maraq göstərməklə artıq 1965-ci ildə kütləvi qırğın silahına malik olmuşdur. Bu tezlikdə atom bombasını istehsal etmək, fikrimcə, hansısa bir nüvə ölkəsinin köməyi olmadan mümkün deyil. Belə bir ölkə isə yalnız Amerika ola bilər. Məhz Yaxın Şərqdə də bu silahın terrorçuların əlinə keçməsi marağı Birləşmiş Ştatların Yaxın Şərq maraqları ilə üst-üstə düşür. O cümlədən, ABŞ-ın Suriya, İraq proqramı və bu bölgələrdə, habelə, digər müsəlman ölkələrində terrorçu qüvvələrin aktiv fəaliyyətinin təmin edilməsi vasitəsilə bu proqramın həyata keçirilməsi planı diqqəti cəlb edir. İsrailin ata biləcək təhlükəli addımının qarşısını almaq üçün hesab edirəm ki, yeganə amil müsəlman birliyinin yaradılması, müsəlman ölkələrinin səyi ilə digər həqiqi sülh və stabillik tərəfdarı olan güc mərkəzlərinin strateji müttəfiqliyinə nail olmaq ola bilər”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button