işğalçı rejimin keçmiş müharibə naziri Moşe Yaalon Benyamin Netanyahunun formalaşdırdığı kabinetə toxunaraq deyib: “Biz xaotik vəziyyətdəyik və qurulan kabinet cinayətkarlar kabinetidir.”
O, əlavə edib: “Təkcə gələcək daxili təhlükəsizlik naziri olan İtmar Benquir terrorizm sahəsində bir ittiham aktı da daxil olmaqla səkkiz məhkəmə işi olan bir cinayətkardır.”
Bundan öncə Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas da bütün Fələstin qruplarını və xalqını Benyamin Netanyahunun kabinetinə qarşı çıxmağa və məğlubiyyəti üçün hərəkətə keçməyə çağırıb.
Qeyd edək ki, bu günlərdə sionist rejimin yeni kabinetinin formalaşdırılması həvalə edilmiş baş nazir Benyamin Netanyahu radikal partiyaların da daxil olduğu sağçı kabinetin yaradılması üzərində işləyir və bu məsələ fələstinlilərin və beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub.