ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Yəmən ordusu tarix yazır “ABŞ-ın Eisenhower təyyarədaşıyan gəmisinə zərbə endirildi”

Yəmən Silahlı Qüvvələri bəyanat yayaraq bu ölkənin raket bölmələri və donanmasının birgə əməliyyatda Qırmızı Dənizdə ABŞ-ın Eisenhower təyyarədaşıyan gəmisini hədəfə aldığını bildirib.
Bəyanatda bildirilir ki, Amerika və İngiltərə qüvvələrinin Hudeydə əyaləti və Bəndər əs-Səlif bölgələrinə qarşı hücumlarına cavab olaraq, eləcə də məzlum Fələstin xalqına dəstək məqsədilə Yəmən ordusunun raket bölməsi və donanmasının birgə həyata keçirdiyi hərbi əməliyyatda Qırmızı Dənizdə Amerikanın “Eisenhower” təyyarədaşıyan gəmisi hədəfə alınıb.
Bəyanata qeyd olunur ki, bu hücum bir sıra qanadlı və ballistik raketlərlə həyata keçirilib.
Bəyanatda həmçinin vurğulanıb ki, Yəmən Silahlı Qüvvələri bütün təhdid mənbələrini hədəfə alaraq ölkə ərazisinə qarşı hər hansı yeni təcavüzə birbaşa və dərhal cavab verməkdən çəkinməyəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button