ArxivXəbər lentiXəbərlər

XX əsrin faciəsi: Xocalı soyqrımından 24 il keçir

Bu gün Xocalı soyqırımının 24-cü ildönümüdür. Məhz bu gün Xocalının adı məhv olmuş şəhərlər siyahısına düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum ediblər.

Virtualaz.org xatırladır ki, hücumdan əvvəl, fevralın 25-i axşamdan etibarən, şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanıb. Şəhərin müdafiə sistemini dağıdan düşmən gecə yarısı Xocalıya girib.

Virtualaz.org-un yazısında oxuyuruq: Ermənilərin hücumunu görən şəhər əhalisinin bir qismi Ağdam istiqamətində qaçmağa çalışsa da şəhər ətrafında gizlənən erməni silahlıları dinc insanları qətlə yetiriblər. İstintaqla müəyyən edilib ki, Xocalı faciəsi ilə bağlı şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azəriləri milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər.

Virtualaz.org yazının bir hissəsində belə qeyd edib: Ermənilər sağ qalmış insanlar üzərində təhqiredici hərəkətlər ediblər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxardıb, hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə Konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı soyqırım həyata keçirdiyini təsdiqləyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button