ArxivXəbər lentiXəbərlər

Xoyun imam cüməsi: Qarabağdakı toqquşmalar məntəqədən kənar qüvvələrin xeyrinədir

Xoy şəhərinin imam cüməsi deyib: Qarabağda gedən toqquşmalar məntəqədən kənar qüvvələrin xeyrinədir və buna görə də region ölkələri onlara regionda yeni müharibə törətmək icazəsi verməməlidirlər.

İRNA-nın məlumatına görə, höccətülislam Seyid Rəzi Musəvi Şəkuri bu gün cümə namazı xütbələrində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Qarabağda baş vermiş son toqquşmalara işarə edərək, deyib: 1988-ci ildə bu məntəqədə Azərbaycan və Erməni stan arasında qanlı müharibə baş verdi. Bu müharibə nəticəsində on minlərlə insan öldü və yüz minlərlə insan yaralandı.

Höccətülislam Şəkuri Ermənistanın Rusiya ilə strateji əlaqələrə malik olduğuna işarə edib və deyib: Belə bir əlaqə Azərbaycan, Türkiyə və Amerika arasında da mövcuddur. Buna görə də, bu məsələ Qarabağ toqquşmalarını bir qədər mürəkkəbləşdirmiş olub. Buna görə də region ölkələri xüsusi ilə də bu iki ölkə ilə qonşu olan ölkələr Amerikanın bu məntəqədə yeni bir cəbhə açmasına icazə verməməlidirlər.

O əlavə edib: Qarabağda toqquşmaların davam etməsi sadəcə Qüdsü işğal etmiş rejimin xeyrinədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button