ArxivXəbər lentiXəbərlər

Xalqımız müqəddəs Ramazan bayramını qeyd edir

Bu gün Azərbaycanda müqəddəs Ramazan bayramıdır.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimi ilə iyunun 18-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimi ilə iyulun 18-nə təsadüf edir.

Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxmalıdır.

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilib. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir. Oruc ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada “On bir ayın sultanı” da adlandırırlar. Ramazan gecələrindən birində müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim” nazil olub. Həmin gecə “Qədr” və ya “Əhya” gecəsi adlanır.

Allah bütün tutulan orucları, qılınan namazları qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button