ArxivXəbər lentiXəbərlər

Vüsal Nadiroğluna məktub: “Sizin kimi psixoloqlara xalqın ehtiyacı olduğu halda….”-ZİNDANNAMƏ

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı “Zindana məktub…” layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar “Zindannamə” adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı vetenugrunda.az2018@gmail.com ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Növbəti məktubu Nardaran məhbusu, şərlənərək həbs edilən psixoloq Vüsal Nadiroğlu Alışova yazıblar. İlkin Abbasın məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:

“Xalqına təmənnasız xidmət etdiyi üçün həbs edilən Vüsal Nadiroğluna

Həyatda tanımama şad olduğum insanlardan birisiniz. İlk dəfə sizi təşkil etdiyiniz psixologiya təlimlərində gördüm. Savadlı, imanlı, əxlaqlı və s. bir neçə müsbət xarakter sahibi kimi tanıdım sizi.

Vüsal bəy, sizin kimi psixoloqlar xalqımıza çox lazım olduğu halda, sizi şərləyərək həbsə atdılar.

İnsanları görünüşündən tanımaq çətin işdir. Hətda bəzən illərlə bir yerdə olduğumuz adamları belə yaxşı tanıya bilmirik. Siz həbs edildikdən sonra düşünürdüm ki, görəsən, Vüsal bəyin ruhiyyəsi necədir? Bir müddət digər “Nardaran məhbus”ları kimi sizdən də xəbər olmadığı üçün tez-tez düşünürdüm bu haqda. Aylar keçdi sizin ilk məktubunuz saytlarda dərc edildi, oxuduqda gördüm ki, savadınız, əxlaqınız qədərdə elə şücaətiniz və mərdliyiniz varmış.

Yolunda tam sabitqədəm, yenədə fikirlərinizdə Tale Bağırzadənin yanında olduğunuzu gördüm. Normal cəmiyyətlərdə sizin kimi insanlar ən yaxşı işlərdə işləyərək xalqına xidmət göstərir. Siz isə, xalqa təmənnasız xidməti seçmişdiz. Xalqına təmannasız xidmət göstərən şəxsi şərləyərək həbs edən rejim əlbəttəki məhvə məhkumdur.

Bunu bizlərdən daha yaxşı SİZLƏR bilirisiniz. Çünki bizlər də, sizlərdən öyrənmşik.

Siz gənclərin karyera bacarıqlarının artması, gənc ailələrin dağılmaması və digər lazımlı mövzularda psixoloji təlimlər təşkil edir, bildiklərinizi xalqınıza öyrədirdiz, həmdə təmənnasız. Vüsal Nadiroğlu daim yaddaşımda vicdanlı, əxlaqlı, elmli, imanlı, səbrli bir şəxs kimi qalıb. Belədə qalın Vüsal bəy!

Sizlər bu xalqa təmannasız xidmət göstərdiyiniz, xalqınızı və vətəninizi sevdiyiniz üçün həbs edilibsiniz…

İlkin Abbas

2018-4 iyun”.

YADDAŞ

2015-ci ilin 26 noyabrında Nardaranda baş verən olaylarla bağlı həbs edilən Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin elm və mədəniyyət üzrə müavin Alışov Vüsal Nadir oğlunun işi Nardaran işi 2 qrupunda araşdırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə onu 12 il 5 ay müddətinə azadlıqdan məhrum ediblər.

Hazırda cəzasını 11 saylı Cəzaçəkmə Müəssisəsidə çəkir.

Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə ittiham olunub.

Psixoloq Vüsal Nadiroğlu Alışovu terrorçuluq, kütləvi iğtişaş, qanunsuz olaraq odlu silah satma, saxlama, daşıma və gəzdirmə, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması kimi ittihamlarla şərləyərək həbs ediblər. O, ittihamları qəbul etməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button