ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Vladimir Şapovalov: Münaqişə bitməyib, o dayandırılıb

Rusiyalı politoloq Azərbaycanın qanını qaraldan açıqlama verib, Qarabağ münaqişəsinin bitmədiyini deyib.

 Vladimir Şapovalov Rusiyanın “Pozitsiya proqramına müsahibəsində bildirib ki, Qarabağ münaqişəsi bitməyib, o dayandırılıb. İndi iki reallıq inkişaf edir: Dağlıq Qarabağın tarixi və Ermənistan-Azərbaycan sərhədinin tarixi. Azərbaycan hesab edir ki, Qarabağ məsələsi bağlanıb. Amma Ermənistanda və Rusiyada belə düşünmürlər…

Politoloqun sözlərinə görə, Rusiya sülhməramlılarının dırnaqarası Dağlıq Qarabağ Respublikası ərazisində olması faktının özü göstərir ki, bu, Azərbaycanın tam suveren ərazisi deyil. Sülhməramlıların olması burada hərbi-siyasi prosesin natamamlığından xəbər verir.

Rusiyalı politoloq sonra deyib: “2020-ci ildə Qarabağda baş verənlər çoxları, o cümlədən Rusiya üçün şok oldu. Rusiyalı ekspertlər münaqişənin bu mərhələsinin belə radikal sonlanacağını proqnozlaşdıra bilməzdilər. Aydın idi ki, Azərbaycan hərbi-siyasi baxımdan güclənir, bunu Ermənistan haqqında demək olmazdı. Amma buna baxmayaraq geosiyasi vəziyyətin belə tez dəyişməsi mənim üçün də şok oldu”

Xatırladaq ki, hazırda Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan əraziləri Qondarma Dağlıq Qarabağ Respublikası adlanan qurumun bayrağı altında idarə olunur. Rusiya sülhməramlıları da öz fəaliyyətlərini həmin qurumla koordinasiya edirlər.

Azərbaycanlılar hesab edirlər ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan onların rayonlarını məhz Rusiyanın dəstəyi ilə işğal edib. Buna əsaslanan bəzi azərbaycanlılar düşünürlər ki, Rusiyanın sülhməramlılarının Dağlıq Qarabağ bölgəsinə yerləşdirilməsi buradakı ermənilərin separatçı səylərini davam etdirməsinə imkan verir.

Üçtərəfli bəyanata görə, Rusiya sülhməramlılarının əsas vəzifələrindən biri bölgədə hər hansı qanunsuz silahlı qüvvənin mövcudluğunun qarşısını almaqdır. Lakin bu vaxta qədər Rusiya tərəfindən bu xüsusda müvafiq addım atılmayıb və separatçılar vaxtaşırı Azərbaycan hərbçilərinə qarşı təxribat törədirlər.

Buna baxmayaraq, rəsmi Bakı indiyə qədər onların Dağlıq Qarabağdakı fəaliyyətinə ciddi irad bildirməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button