ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Vaizi: Türkiyə, hər daim İranın əhəmiyyətli qonşusu olmuşdur

İran-Türkiyənin ortaq  İqtisadi Komissiyasinin 28. Dövr Yığıncağı 27-28 Aprel 2021 tarixlərində reallaşdırılacaq.

İki ölkə arasındakı əməkdaşlıq artırmağı və dərinləşdirməyi məqsəd qoyan yığıncaq, İran-Türkiyə ortaq İqtisadi Komissiyasının həmsıdrləri  İran Prezidentlik Ofisi Başçısı Mahmud Vaizi və Türkiyə Enerji və Təbii Qaynaqlar Naziri Fateh Dönməzin iştirakı ilə video konfrans formatında  reallaşdırılacaq.

Bu gün İran Prezidentlik Ofisinin başçısı Mahmud Vaizi İran-Türkiyə ortaq  İqtisadi Əməkdaşlıq Komissiyasının 28. yığıncağının koordinasiya iclasında etdiyi çıxışda, qonşularla münasibətlərin inkişafının İranın xarici siyasətində çox əhəmiyyətli yerə sahib olduğunu ifadə edərək, Türkiyənin hər zaman İranın əhəmiyyətli qonşusu olduğunu vurğuladı.

Vaizi iclasda, ortaq  iqtisadi komissiyanın  yığıncaqlarının əhəmiyyəti üzündən virtual mühitdə deyil gerçək mühitdə təşkil edilməsinin lazım olduğunun vurğulayaraq, bu yığıncaqlarda əlaqələrin inkişafı önündəki   bir çox maneənin ortadan qaldırıla biləcəyini söylədi.

Vaizi, qatıldığı və başçılıq etdiyi bütün komissiyalarda, hər zaman xüsusi sektorun payının artırılmasına vurğu etdiyini sözlərinə əlavə etdi./

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button