AktualAktualArxivIslamQarabağSosialXəbər lentiXəbərlər

Vaizi: Azərbaycan Respublikasının ərazi bütövlüyü İranın regional strategiyası olub və olacaq

İran Prezident Administrasiyasının başçısı doktor Mahmud Vaizi Azərbaycan Respublikası baş nazirinin müavini ilə telefon danışığında deyib: “Bütün ölkələrin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü İranın regional strategiyası olmuşdur və olacaq.”

Qafqaz Həqiqətləri “Prezident” İnformasiya Agentliyinə istinadla xəbər verir ki, doktor Mahmud Vaizi Azərbaycan Respublikası baş nazirin müavini Şahin Mustafayevlə telefon danışığında Azərbaycan və Ermənistan sərhədində yaranmış qarşıdurma nəticəsində bu ölkənin bir neçə əsgərinin şəhid olmasından təəssüfləndiyini bildirməklə yanaşı, Azərbaycan dövləti və xalqı ilə həmdərdlik bildirərək deyib: “Bütün ölkələrin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü İranın regional strategiyası olmuşdur və olacaq.”

Prezident Administrasiyasının başçısı əlavə edib: “İran daim bütün ixtilafların siyasi və müzakirə yolu ilə həllinə təkid edir və qarşıya gəlmiş problemin gücə söykənmədən həll olacağına ümid edirik.”

Şahin Mustafayev də bu danışıqda qarşıya gəlmiş hadisədə İran dövləti və xalqının həmdərdlik göstərməsinə görə minnətdarlıq edərək deyib: “İranın bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü qarşısında mövqei həmişə hörmətə layiq olmuşdur.”

Baş nazirin müavini həmçinin İranın Azərbaycanla münasibətləri genişləndirməyə və iki ölkə arasında hərtərəfli əməkdaşlığı artırmağa əhəmiyyət verdiyinə görə təşəkkür edib və iki ölkə rəsmilərinin bu istiqamətdə daha çox təlaş göstərmələrinin zəruriliyini vurğulayıb.

Telefon danışığında tərəflər koronavirus şəraitinə baxmayaraq iki ölkə arasında ticarət mübadiləsinin mövcud olması, sərhədlərin açıq qalması üçün rəsmilərin səyləri və son aylarda iki ölkə arasında ticarət mübadiləsinin 14 faiz artmasından məmnunluq ifadə ediblər.

Doktor Vaizi və Şahin Mustafayev İran və Azərbaycan rəsmilərinin iki ölkənin ortaq sərhədlərində quru yol, dəmir yolu əlaqələri, Şimal-Cənub Koridoru ilə bağlı fikir mübadilələri və danışıqlarına toxunaraq bu sahələrdəki əlaqə və münasibətlərin də koronavirusdan qabaqkı vəziyyətə qayıdacağına ümidvar olduqlarını bildiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button