ArxivXəbər lentiXəbərlər

Vacib ya təkrar görüş

Amerikalı həmsədr Azərbaycan və Ermənistan prezidentlerinin iyun görüşünü çox vacib olduğunu deyib.

APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib ki, Azərbaycan və Ermənistan prezidentlərin növbəti görüşü ilə bağlı dəqiq tarix olmasa da, bu görüşün iyunda baş tutacağını gözləyirik.

“Bu, atəşkəsin möhkəmləndirilməsi, araşdırma mexanizminin həyata keçirilməsi ilə bağlı razılaşmanın əldə olunması, hərtərəfli sülh sazişinə aparacaq danışıqlara razılıq verilməsi baxımından tərəflər üçün çox vacib görüş olacaq. Həmsədrlər problemin sülh yolu ilə davamlı həllinə nail olmaq üçün tərəflərlə birlikdə səylərini davam etdirəcək”- Amerikalı həmsədr belə deyib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin açıqlaması ilə yanaşı qeyd edək ki, Azərbaycan sözü gedən qurumu münaqişənin həllini yubatmaqda suçlayır.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Respublika Günü münasibətilə çıxışı zamanı vasitəşilərin təkrar sözlərinin tənqid edib və demişdir: Vasitəçilər həmişə bizə gözləyin, sülh yolu ilə həll edin deyirlər. Son vaxtlar bunu daha da tez-tez təkrarlayırlar.”

Azərbaycan Respublikası prezidenti bildirib ki, status-kvo Ermənistanı qane edir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button