ArxivXəbər lentiXəbərlər

Vəziyyət həddən artıq acınacaqlıdır – Erməni əsgərin anası

Ana hərbi hissədə gördüklərindən dəhşətə gəldiyini bildirib.

Sonya Q. adlı erməni əsgər anasının statusunda bölüşdüyü paylaşım ermənistanlı əsgər analarını növbəti dəfə məyus edib.

İslamazeri.com Milli.Az-a istinadən xəbər verir ki, Dağlıq Qarabağda, erməni işğalında olan Azərbaycan ərazilərində hərbi xidmət keçən oğlu Volodya ilə görüşə gedən ana hərbi hissədə gördüklərindən dəhşətə gəldiyini ürək ağrısı ilə başqa valideynlərlə bölüşüb.

Ana hərbi hissədəki sosial şəraitin bərbad vəziyyəti, yeməyin keyfiyyətsiz olması, əsgərlərin geyimi, onların xarici görünüşü, bəzilərinin xəstəliklərdən əziyyət çəkdiyi, hətta zabit ailələrinin dözülməz vəziyyətdə yaşaması, baş verən haqsızlıqlar və hərbi hissədəki intizamsızlıq da daxil olmaqla bir çox məsələlərdən danışıb.

“Vəziyyət həddən artıq acınacaqlıdır. Övladımın sağlam və salamat qayıtması ailəmiz üçün böyük bir möcüzə olacaqdır”, – deyə Sonya Q. yazıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button