ArxivIslamXəbər lentiXəbərlər

Vətən anlayışı və sevgisi AİP lideri Mövsüm Səmədovun bəyanında – Əxlaq dərsi

AİP lideri Mövsüm Səmədovun həbs edilməmişdən öncə keçdiyi əxlaq dərslərinin IV hissəsini oxucularımıza təqdim etmişdik

Xatırladaq ki, hazırda 12 illik həbs cəzasına məhkum edilən AİP lideri Mövsüm Səmədov ictimai-siyasi xadim olmaqla yanaşı, eyni zamanda ruhani alim və böyük əxlaq ustadıdır. O, həbs olunduğu müddətə qədər tələbələri ilə birgə mütəmadi şəkildə əxlaq dərsləri təşkil edərdi. Doktor Səmədov həmin dərslərdə ali ilahi maarifin həqiqətlərini insanlara çox gözəl formada izah edərdi. Dərslər hətta o qədər ilahi nur və feyzlə əhatə olunurdu ki, dərs iştirakçıları dərsin saatlarla davam etməsini istəyirdi.

I dərs: AİP lideri Mövsüm Səmədovun əxlaq dərslərindən xüsusi qeydlər

 II dərs: Bəndənin Allahla düşmənçiliyi Mövsüm Səmədovun bəyanında

III dərs: Allah yıxılmış qəlbin aşiqidir – Əxlaq dərsi 

IV dərs:   Təhsil və savad insan əxlaqının bəzəyidir – Əxlaq dərsi

İslaminSesi hazırda karsda saxlanılan böyük əxlaq ustadı Mövsüm Səmədovun dərslərindən 5-ci hissəni oxucularına təqdim edir. Bu dəfə ki, dərsdə Doktor Səmədov vətən anlayışından və vətən sevgisindən danışıb.

Vətən – bir millətin illər boyu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin, torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir və havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Ata və babalarımız bu torpaqlarda uyuyur.

Vətəni bizim üçün müqəddəs edən nədir? Axı quruca torpaq necə müqəddəslik daşıya bilər? Demək, bizim üçün onu müqəddəs edən nəsnələr var. Bu nəsnələr isə ata-babalarımızın bu torpaqda yaşamış olması, onu becərməsi, qoruması və uğrunda vuruşmasıdır. Onlar bu torpaqlar uğrunda canlarından  keçmiş və şəhidlik rütbəsinə qədər yüksəlmişlər. Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Dinimizin əmri, uca Rəbbimizin razı qaldığı əməldir.

Hədislərdən birində “Vətəni sevmək Allaha imandandır” deyə buyurulmuş və vətən sevgisinin əhəmiyyəti ön plana çəkilmişdir. Qəlbində Allaha imanı olan hər bir kəsin öz xalqına və vətəninə də sevgisi olacaqdır. Hədislərin birində vətəni qorumağın əhəmiyyətini bildirən əziz İslam Peyğəmbəri (s) belə buyurmuşdur: “Sərhəd boyunca vətəni qoruyan gözlər cəhənnəm atəşindən amanda qalar və Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara daim savab yazılar.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button