AktualAktualArxivXəbər lentiXəbərlər

Vəliyyi-Fəqihin nümayəndəsi: Azərbaycan İsrailin müsəlmanlar və qonşular arasında ixtilaf salmasına imkan verməsin

Vəliyyi-Fəqihin Şərqi Azərbayacan üzrə nümayəndəsi: “Yəmənin məzlum xalqına hücum və terrorçu qrupları dəstəkləmək müsəlmanlara qarşı vəkalət müharibəsinin nümunəsidir”.
Qafqaz Mədəniyyət Mərkəzi: Höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Alihaşim Təbrizin cümə namazı xütbələrində Ali Məqamlı Rəhbərə qarşı terror hadisəsinə işarə edərək deyib: “Allahın lütfü idi ki, o, sağ qalsın, İnqilab və İslamın bayrağını çiyninə alsın”.
Xətib İmam Xomeyninin (rh) vəfatından ötən 29 il müddətində Ali Məqamlı Rəhbərin vüqarla rəhbərlik etməsnə işarə edərək deyib: “Dünyanın bütün müsəlmanlarının gözü İranda və rəhbərlikdədir”.
İmam cümə xütbəsinin davamında deyib ki, imperializm İslam aləminin mövcud durumundan suistifadə edir, İraq və Suriyada terrorçuları dəstəkləməklə İsrail ətrafında təhlükəsiz çərçivə yaradır ki, Fələstin məsələsi ümumi fikirlərdən məhv olsun. Lakin imperializmin bütün bu təlaşlarına baxmayaraq həqiqi İslam və müsəlmanlar öz işlərini davam etdirir və tezliklə Qüdsü İsrailin və düşmənlərin caynağından alacaq.
Seyid Məhəmmədəli Alihaşim xütbəsində vurğulayıb: “Qonşu müsəlman ölkələr bilməlidir ki, İsrail müsəlmanlar arasında təfriqə yaratmağa cəhd edir.
Azərbaycan Respublikası İslam Həmrəylik Oyunlarının təhlükəsizliyini təmin etmək üçün sionist rejimi əməkdaşlığa dəvət etdi. 5 apreldə İsrailin xüsusi təyyarəsi Bakıya daxil oldu. Təyyarədə Mossad tərəfindən göndərilmiş elektron aparatlar və məlumatlar var idi. Təyyarənin Bakıya uçmasından sonra Mossadın aparatları dinləmə üzrə mütəxəssisi olan məxfi qüvvələrindən biri İsrail səfirliyinin əməkdaşı adı ilə göndərilən yükü yerbəyer etmək üçün Bakıya getdi və özü ilə 30 nəfər xüsusi məmur apardı.
Vəliyyi-Fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi Azərbaycan Respublikası dövlətinə müraciət edərək deyib: “Ey dost və qonşu müsəlman ölkə! İsrail bizim aramızda ixtilaf yaratmaq istəyir. Mossad Azərbaycanda oyunların təhlükəsizliyini təmin etmək bəhanəsi ilə fürsətdən istifadə edərək iranlıların və müsəlmanların gediş-gəliş yerləri haqqında məlumat toplayır və onları özünə tərəf çəkməyə təlaş edir. Azərbaycan dövləti İsrailin müsəlmanlar və qonşular arasında ixtilaf salmasına imkan verməsin”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button