ArxivNardaranXəbər lentiXəbərlər

Vəkil: Tale Bağırov, Fuad Qəhrəmanlı və 16 nəfərin işi məhkəməyə göndərildi

Tale Bağırovun vəkili Cavad Cavadov müvəkkili Tale Bağırov, AXCP sədrinin müaavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin işinin Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini bildirib
İslamazeri.az-ın verdiyi xəbərə görə, vəkil Cavad Cavadov bildiribki, “Müsəlman Birliyi Hərəkatı” təşkilatının sədri Taleh Bağırov, AXCP-nin sədr müasvini Fuad Qəhrəmanlı və hadisələr zamanı və sonra həbs olunmuş 16 nəfərin barəsində olan cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Yaxın vaxtlarda işin təyin edilməsi gözlənilir. Müdafiə tərəfi hesab edir ki, isbtidai istintaq elan edilmiş ittihamla bağlı ortaya sübut qoya bilməyib və bir çox qaranlıq məsələlərə aydınlıq gətirməkdən yayınıb. Bunlardan biri 26 noyabr 2015-ci il tarixdə Nardaranda həlak olan, ön qarın nahiyyəsindən güllə yarası almış polis işçilərindən birinin hadisə vaxtı nəyə görə zirehli gödəkçədə olmamasıdır, bu belə olsa idi həmin xəsarətin alınması mümkün deyildi. Hər halda rəsmi məlumatlarda Nardaran keçirilən əməliyyat xüsusi əməliyyat adlandırılmışdı”, -deyə Cavad Cavadov qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button