ArxivIslamXəbər lentiXəbərlər

Vəkil: Mövsüm Səmədova qarşı ikili standartlar tətbiq edilir

Yalçın İmanovun fikrincə, beynəlxalq hüquq-müdafiə təşkilatları Mövsüm Səmədovun hüquqlarının pozulması ilə bağlı seyrçi mövqe tuturlar

Azərbaycan İslam Partiyasının (AİP) lideri, həbsdə olan Mövsüm Səmədov 17 gün öncə başladığı aclıq aksiyasını dayandırıb. Bu barədə “Turan”-a onun vəkili Yalçın İmanov məlumat verib.

O xatırladıb ki, M.Səmədov Konstitusiyaya düzəlişlərə etiraz olaraq aclıq edirdi.

Vəkil sentyabrın 15-də Qobustan həbsxanasında M.Səmədovla görüşüb.

“Mövsüm Səmədov sentyabrın 15-də aclığı dayandırıb. Həmin gün onun cərimə təcridxanasında (karser) saxlanma müddəti də başa çatıb və o, kameraya qaytarılıb”, – vəkil bildirib.

Vəkil yerli və beynəlxalq QHT-lər, siyasi partiyalar tərəfindən M.Sadıqovun aclıq aksiyasına reaksiyanın olmamasından gileylənib.

Y.İmanovun fikrincə, beynəlxalq hüquq-müdafiə təşkilatları M.Səmədovun hüquqlarının pozulması ilə bağlı seyrçi mövqe tuturlar.

Vəkil Avropa İnsan Hüquqları Məhkəməsini də qınayıb.

“Bir neçə il öncə AİHM-də Səmədovun iki şikayəti üzrə kommuniksiya başa çatıb, lakin qərar hələ də açıqlanmayıb. Bu, “ikili standartlar”ın təzahürüdür. Çünki bəzi şəxslərin barəsində qərarlar həmin il açıqlanır”, – vəkil vurğulayıb.

M.Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdində və başqa ağır cinayətlərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 2 illiyə Qobustandakı qapalı tipli həbsxanaya göndərilib. Şəraitin ağırlaşdırılması M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. Lakin bəzi məlumatlara görə, bunun əsl səbəbi dustaqlar arasında M.Səmədovun nüfuzunun artmasıdır. Belə ki, onların çoxu dini ibadətlər etməyə başlayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button