Islam

Vəhhabilərin əxlaq ustadı və qəribə cinsi fətvalar + Foto

416322_613 (1)

Özlərini İslam hökmlərinin icraçısı hesab edən vəhhabi müftiləri cinsi məsələlər barəsində qəribə fətvalar veriblər

Vəhhabi xəbisliklərinin anası, Əmirəl-mömininin (ə) düşməni, İbn Teymiyənin ən mühüm şagirdi, İbn Cəvzi Şəmsəddin Məhəmməd ibn Əyyub ibn Səd ibn Həriz hicri-qəməri 691-ci il rəcəb ayının 7-si Dəməşqin 96 kilometrliyində yerləşən məntəqədə dünyaya gəldi. O İbn Qəyyim Cəvziyyə kimi tanınır, buna səbəb onun atasının Cəvziyyə mədrəsəsinin qəyyumu olmasıdır. İbn Qəyyim hicri 7-ci əsrin sonları və 8-ci əsrin ilk yarısında Şamda yaşadı. 7-ci əsr Monqolların İslam dünyasına viranedici hücumu əsridir. İbn Qəyyimin doğumundan 35 il əvvəl yəni qəməri 656-cı ildə Bağdad Hülaku xan tərəfindən süqut edildi, Müstəsim Billah, sonuncu Abbasi xəlifəsi öldürüldü və bu qayda ilə Abbasilər hakimiyyəti başa çatdı.
Şübhəsiz İbn

Qəyyim Cəvzi İbn Teymiyənin şagirdi və müdafiəçisidir. Bütün fikir və əqidələrdə ona tabedir, həmçinin İbn Teymiyənin əqidələrini həm onun həyatında, həm də ölümündən sonra təbliğ etməyi öhdəsinə götürüb. Bu işinə görə ona şallaq vuruldu, dəvəyə mindirib şəhərdə gəzdirdilər və İbn Teymiyə ilə birlikdə Dəməşq qalasında həbs etdilər.
O qəməri 712-ci ildən ( miladi 1312) İbn Teymiyənin ölümünədək ona yoldaşlıq etdi, onun müxalifləri ilə mübarizə apardı. Elə bu səbəbdən onun adı həmişə ustadının adı ilə birlikdə yad edilir.

Ustadları və şagirdləri

19045095_9931831bfada

O bir çox ustadlara şagirdlik edib. Misal olaraq Zəhəbi, Məzi və İbn Teymiyənin adını çəkmək olar. Ustadlarının ən əsası vəhhabilik cərəyanının qaynağı olan İbn Teymiyədir. Ibn Qəyyimin ustadlarının Şəhab Nabulsi, Təqiyəddin Süleyman, Əbu bəkir ibn Əbdül-Daim, İsa Mutim, İsmail İbn Məktum, Fatimə binti Cövhər kimi müəllimləri olub. O ədəbiyyatı Əbül-fəth Bəli və Məcduddin Tunisi, fiqh və üsulu Səfiyəddin Hindi, İbn Teymiyə və İsmail ibn Məhəmməd Həranidən öyrənib.
Lakin fiqhi və kəlami nəzərlərində ən çox İbn Teymiyədən təsirləndi. 21 yaşından, İbn Teymiyənin Misirdən qayıdışından ömrünün sonunadək 16 il onun yanında oldu. O İbn Teymiyənin nəzəriyyələrini müdafiə edirdi. İbn Cəvzi İbn Teymiyənin ən əsas şagirdi hesab olunur.

İbn Qəyyimin ən əsas şagirdləri aşağıdakılardır:

Əbdür-rəhman İbn Rəcəb Bağdadi, İsmail ibn Ömər ibn Kəsir (təfsirçi İbn Kəsir ), Məhəmməd ibn Əbdül-qadir, Muhyiddin Nabulsi və övladları İbrahim və Şərəfuddin Əbdullah.
İbn Qəyyim Cəvzinin fəaliyyətləri
Onun gördüyü işləri onun barəsində yazılmış kitablara əsasən 4 qismə bölmək olar.
1. Cəvziyyə mədrəsəsində imamlıq
2. Sədriyyə mədrəsəsi və digər yerlərdə tədris
3. İstifta işlərinə rəhbərlik
4. Kitab yazmaq

Əsərləri

İbn Qəyyim Cəvziyənin 98 əsərinin olduğu deyilir. Bunlar arasından aşağıdakı əsərlərinə işarə etmək olar:
Əlsəvaiqul-mursələ, Zadul-məad, Miftahun Darul-səadət, Mənsur, Mədaruc Əlsakin, Əlkafiyətul-şafiyə fin-nəhv, Əlkafiyətul-şafiyə fil-intisar lil firqətil-naciyə, Əlkəlimut+-təyyib vəl-Əməlus-salih, Təriqul-hicrətəyn və babul-səadətəyn, Əl-daun vəl-dəva, Əl-ruh və bir çox digər əsərlər.
Şəriət və üsul barəsində fəlsəfi düşünmək İbn Qəyyimin dövründə fikri sünnələrdən idi. O bu məsələyə qarşı çıxdı və bunun qeyri-dini fikri sünnə, üsul olduğunu bildirdi. Fəlsəfə, Farabi, İbn Sina, Məhəmməd bin Zəkəriyya Razi, xüsusi ilə Xacə Nəsrəddin Tusi kimi flosoflara qarşı xoş fikirdə deyildi.
İbn Qəyyim Şəhristaninin nəzərləri vasitəsi ilə “iblis şübhələri” ilə tanış olmuşdu və o elə düşünürdü ki, bir çox fəlsəfi düşüncələr və dini nəzərlər uyğun şübhələrdən yaranıb. O Yunan alimləri arasından Sokratı tövhidçi bilirdi, onun məada etiqadı olduğunu deyirdi, aləmin hadis olduğunu deyən Əflatunu qəbul edirdi. Lakin Yunan rasionallığını inkar etdiyi üçün daha çox Ərəstuya diqqət verirdi. İbn qəyyimin fikrinə görə Ərəstu (Areistotel) aləmin qədim olduğu fikrində olub və digər flosofları aldadıb. O Ərəstunun sözlərini qəbul edib, onu birinci müəllim adlandıran və Ərəstu məntiqini əqli istidlal üçün meyar bilən əksər flosofları mülhid, kafir bilib.

Mühüm bir nöktə

422877_812

vəhhabilər əqidə və fətvalarında hamıdan daha çox İbn Teymiyə və İbn Qəyyimdən təsirləniblər. Odur ki, onların qəribə, xüsusi ilə cinsi fətvalarını həmin iki şəxsin fikirlərinin nəticəsi bilməliyik.
İbn Teymiyənin şagirdinin inancları və bidətləri
O peyğəmbərlərin qəbirini ziyarət etməyi icazəli bilmir, peyğəmbərlərin və ilahi övliyaların qəbirləri ətrafına yığışmağı şirk hesab edir. Deyir: “Bu işin bir çox fəsadları var, o cümlədən üzü qəbirə namaz qılmaq, qəbirin ətrafını təvaf etmək, qəbiri öpmək, onlardan kömək, ruzi, əmin-əmanlıq, çətinliklərin həllini istəmək. Bunlar bütpərəstlərin bütlərdən istədikləri şeylərdir.”
Lakin bu Quran ayəsinə zidd bir fikirdir. Çünki Quranda buyurulur ki, yalnız kafirlər qəbir əhlindən naümid olarlar: “Ey iman gətirənlər, Allahın qəzəb etdiyi qövmlə dostluq etməyin, onlar həqiqətən də axirətdən ümidlərini üzüblər, necə ki, kafirlər qəbir əhlindən ümidlərini üzüblər.” (Mumtəhinə, 13)
Digər bir ayədə isə buyurulur: “Allah yolunda öldürülənlərə ölülər deməyin, əksinə onlar diridirlər, lakin siz bunu anlamırsınız.” (Bəqər, 154)
“Allah yolunda öldürülənlərin ölü olduğunu güman etməyin, əksinə onlar diridirlər, rəblərinin yanında ruzilərdən bəhrələnirlər.” (Ali-İmran, 169)
İbn Teymiyənin şagirdi İbn Qəyyim müqəddəs Qüdsə səfərində minbərə qalxıb moizə etdi və dedi: Mən indi vətənimə qayıdacam, lakin həzrət İbrahimin qəbirini ziyarət etməyəcəm.
Həmçinin Nablusda həmin məsələni açıqlayıb dedi: Mən peyğəmbərin (s) ziyarətinə getməyəcəm.
Yalnız İlahi övliyaların qəbirlərini dağıtmaq
Çirkin vəhabilər onun bu bidətinə əsasən Bəqi və digər müqəddəs məkanları dağıtdılar. O deyirdi: Qəbirlərin üzərindəki tikintilər şirk nümunələrindəndir və gərək dağıdılsın, onları bir gün belə saxlamaq olmaz.
Maraqlıdır ki, bu günlərdə Əməvi teroristləri Suriyanın Humus şəhərini ələ geçiriblər. Bu şəhər Xalid ibn Vəlid şəhəri kimi tanınır. Lakin onlar Xalid ibn Vəlidin məqbərəsinə heç bir zərər vurmayıblar.



Əmirəl-möminin (ə) ilə düşmənlik

Ibn Qəyyim də İbn Teymiyə kimi imam Əlinin (ə) fəzilətlərini inkar edir və deyirdi: Rafizilərin (şiələrin) Əli ibn Əbu Talib (ə) barəsində qondardığları hədislər sayılmaz qədər çoxdur. Daha sonra Əbu Yəli Xəlilinin dilindən nəql edir ki, şiələr Əli ibn Əbu Talib (ə) və Əlhi –beytin (ə) fəzilətləri barəsində 300 min hədis qondarıblar.
İbn Qəyyim Cilaul-əfham kitabında mübahilə əhvalatını nəql edərkən imam Əlinin (ə) adını çəkmir. Lakin şiə və sünnü, bütün İslam alimləri qəbul edirlər ki, mübahilə əhvalatı zamanı həzrət Rəsulun (s) yanındakı şəxslərdən biri də həzrət Əli (ə) olub.

İbn Qəyyimin zöhd və ibadəti

Şagirdi İbn Rəcəb onun barəsində deyir: İbn Qəyyim gecələri oyaq qalan, namazla keçirən, ilahi zikrə aşiq bir abid idi. Məhəbbət, tövbə, istiğfar, Allah dərgahında yoxsulluğun izharı, ibadət maneələrindən uzaq durmaq İbn Qəyyimin xüsusiyyətlərindən idi. Onun kimisini görmədim və ondan daha dərin düşüncəlisi ilə rastlaşmadım.
İbn Həcər Əsqəlani deyir: Əllamə ibn Qəyyim sübh namazını qıldıqdan sonra zöhr namazınadək həmin məkanda ilahi zikrlə məşğul olardı, zöhr namazı olduqda buyururdu: Bu mənim sübh qidamdır, əgər onu yerinə yetirməsəm bədənimin gücünü itirərəm. Həmçinin buyururdu: İnsan səbr və yoxsulluq vasitəsi ilə dində imamət dərəcəsinə çatır və Allah yolunu getmək istəyən şəxs yüksək iradəyə malik olmalı və həmçinin onu düzgün yola hidayət edən elmə sahib olmalıdır.

Bu yerdə demək lazımdır:

Onun vilayətsiz namazı, dəstəmazsız ibadətdir
Əlini (ə) inkar edənə de ki, qəza etsin namazını (şerdən bir parça, farscadan tərcümə)
Qadın pişnamaz ilə kişilər və qadınlaın birgə iştirak etdiyi camaat namazı-Əhli beyt(ə) məktəbindən uzaqlığın nəticəsi
İbn Qəyyim Cəvzi və vəhhabilik barəsində Əhli-sünnə alimlərinin nəzərləri
Əhli-sünnə alimləri ustadı kimi İbn Qəyyimi də tənqid ediblər. İbn Həcər Həytəmi o və ustadı barəsində deyir: “Heç zaman İbn Teymiyə, şagirdi İbn Qəyyim Cəvzi və nəfslərinə tabe olan, Allahın azdırdığı, qəlblərini möhürlədiyi, gözlərini kor etdiyi şəxslərin kitablarında yazılanlara inanma.” Daha sonra onları dindən çıxmış kafir adlandırır.
İbn Qəyyim Cəvzi Şəmsəddin Maliki tərəfindən küfrlə ittiham olunub, edama məhkum olunmuşdu. Lakin İbn Qəyyim ona deyir ki, Qazi Hənbəli tövbəmi və İslamımı qəbul edib. Qazi Maliki İbn Qəyyimin bu etiraflarından sonra ona şallaq vurur, eşşəyə mindirib, küçələrdə gəzdirir.
Şeyx Cəmil Sidqi Zəhavi vəhhabilik barəsində deyir: Allah vəhhabiliyi məhv etsin, onlar bütün müsəlmanları təkfir edirlər, sanki bu firqənin yeganə hədəfi təkfir etməkdir.
Əhli-sünnədən olan bu alim vəhhabiliyin əleyhinə “Əlfəcrul-sadiq fi rəddi əla munkiril-təvəssul vəl-kəramat vəl-xəvariq” adlı kitab yazıb.
Məkkənin müftisi Zeyni Dəhlan deyir ki, Seyyid Əbdur-rəhman Əhdəl deyir:
Vəhhabiliyin əleyhinə heç bir kitab yazmağa ehtiyac yoxdur. Çünki onların inkarı üçün peyğəmbərin (s) bu sözü bəs edər: “Simahum ət-təhliq” yəni onların əlamətləri budur ki, başlarının tüklərini dibdən qırxarlar. Çünki Məhəmməd ibn Əbdul-vəhhab göstəriş verib ki, onun ardıcılları baş tüklərini bütövlükdə qırxsınlar.
Şeyx Xalid Bağdadi deyir: Əgər vəhhabilərin kitablarını diqqətlə oxusaq görərik ki, bu kitablarda dinsizlər kimi batil fikirləri ilə müsəlmanlara zərbə vurmağa, onları azdırmağa çalışırlar.

Şiəliklə və böyük şiə alimi ilə düşmənlik

siK3F7_535

Fəsad hökuməti olan Abbasilərin süqutundan çox narahat olan İbn Teymiyə Bağdadın süqutunda Xacə Nəsrəddin Tusinin rolu olması haqqında “Məcmuul-rəsail” kitabında yazır:
Tatarlar ismaili mülhidlərin, kafirlərin köməyi olmadan İslam ölkələrinə hücum edib, Bağdad xəlifəsini və digər İslam başçılarını öldürmədilər. Həqiqətən də onların vəziri Nəsrəddin Tusi idi. Xəlifəni öldürmək və onun hökumətini dağıtmaq göstərişini də o verdi.
İbn Teymiyə utanmadan özünə layiq olan sözləri bu böyük alim barəsində yazır. Məhşur “Minhacus-sənə” kitabında yalandan deyir: O İslam qanunlarına riayət etmirdi, pis işlərlə məşğul idi, namaz qılmırdı, ramazan ayında araq içir, zina edirdi.
Xəbis, təkfirçi cərəyan
İbn Qəyyim də İğasətul-lihfan kitabında ustadının yalanlarını davam etdirir və yazır: Kafirlərə, müşriklərə, küfr başçılarına… Nəsrəddinə… fürsət düşdükdə o Peyğəmbərin (s)davamçılarından intiqam aldı. Bəli o müsəlmanları qılıncdan keçirdi və xəlifəni öldürdü.
Qəyyim Cəvzi, Xacə Nəsrəddini çirkin ifadələrlə ittiham edir, söyür. Onun barəsində deyir: “O məadı inkar edir, sehr öyrədir, bütlərə ibadət edirdi.”

Qəribə cinsi fətvalar

86889442798778079755

İbn Qəyyim Cəvzi deyir: hansısa bir qadının əri olmasa və şəhvət ona güc gəlsə, bəzi fəqihlərimiz deyib ki, süni alətdən istifadə edə bilər. “Bədaiul-fəvaid” li ibni Qəyyim Əlcəvziyyə, c.4, s.905″
Həmçinin İbn həzm Əndəlusi yazır:
Lakin zina barəsində… Malikilər ərsiz qadın hamilə olduqda, ona şəri həd icra edirlər, şallaq vururlar, cəzalandırırlar. O bu işə məcbur edilsə belə! Arvadı olan kişi əcnəbi qadınla arxadan yaxınlıq etsə onu daşqalağ edirlər. Həmçinin lut qövmünün əməlini etdikdə də belə edirlər! Istəyir arvadı olsun, istəyir olmasın! Lakin heyvanlarla yaxınlıq etsə, şallaq vurmurlar. İtlə zina edən qadına da şallaq vurmurlar və bütün bunları cinsi üzvü batil iş üçün halal etmək hesab edirlər. Eyni zamanda əgər ağıllı, yetgin və ixtiyar sahibi olan qadın uşaqla zina etsə, hədd, şallaq vurmurlar. Lakin əgər hansısa bir kişi eyni yaşda qız uşağı ilə zina etsə, şallaq vururlar.
İndiki dövrdə vəhhabi müftiləri öz şagirdlərinə bildirirlər ki, cinsi qüvvələrini gücləndirmək üçün müsəlman porno ulduzlarının filimlərinə baxsınlar!
Səudiyyə Ərəbistanı vəhhabilərinin tanınmış simasi olan şeyx Məhəmməd Ürəyfinin fətvasına əsasən qız uşağının öz atası ilə xəlvətdə qalması haramdır. Çünki atanın əxlaqsız olması və öz qızına təcavüz etməsi mümkündür!

n00001256-b

Avropada yaşayan bir vəhhabi müftisi fətva verib ki, qadınlar banan və xiyara əl vurmamalıdırlar. O bildirib ki, bu iki meyvə qadınların ehtiraslanmasına səbəb olur.
O uyğun gülünc fətvasında deyib ki, əgər qadınlar bu meyvələrdən yemək istəsələr, gərək başqa bir şəxs, məsələn əri, yaxud atası onlar üçün uyğun meyvələri doğrayıb versin.
Həmçinin Abdullah Davud, vəhhabiliyin müdafiəçilərindən olan səudlu yazıçı hansısa bir kişinin gözəl cavan oğlan və ya yeniyetmə ilə xəlvətdə, heç kəsin olmadığı bir yerdə qalmasının haram olduğunu deyir. Onun fikrinə görə gözəl cavan və ya yeniyetmə həmin kişinin həmcinsbazlıq, livat fikrinə düşməsinə səbəb ola bilər. Abdullah Davud öz iddiasını sübut etmək üçün əhli-sünnə alimlərindən olan İbn Kəsirin bir yazısına və vəhhabi müftilərinin bəzi fətvalarına işarə edir.
O deyir: bu səbəbdən gözəl cavan və yeniyetmə oğlanları digər kişilər ilə eyni kamerada saxlamaq olmaz. Çünkü onlara təcavüz edərlər.
Lakin Mərakeşli Əbdül-bari Əlzəmzəmi adlı vəhhabi müftisi öz fətvasında deyir: Gözəl olmayan qızlar ailə qurmaq üçün yarıçılpaq paltarlar geyinməlidirlər ki, cavanları özlərinə cəlb etsinlər.
İbn Teymiyə bir dəfə 5 ay, 18 gün həbsdə qaldıqdan sonra qəməri 721-ci il aşura günü sultan tərəfindən onun zindandan azad edilməsi fərmanı verildi. O zindandan azad oldu. Qəməri 726-cı il şəban ayının 6-sı İbn Teymiyə yenidən qardaşı Zeynəddin Əbur-rəhmanla birlikdə Dəməşq qalasında həbs olundu.
Sultanın yenidən həbs göstərişi verməsinə səbəb bu idi ki, İbn Qəyyim Qüds şəhərində peyğəmbərlə şəfaət və təvəssul barəsində söhbət etmiş və İbn Teymiyənin fətvasına əsasən onun icazəli olmadığını demiş, həmçinin məscid niyyəti olmadan həzrətin (s) qəbirini ziyarətə getməyin haram olduğunu demişdi.
Beytul-müqəddəs camaatı bu fətvadan narahat oldular, Dəməşqin baş qazisinə məktub yazdılar və bu xəbər sultana çatdı. O məsələni baş qazi Hənəfiyə həvalə etdi. Baş qazi Hənəfi İbn Teymiyəni möhkəm danladı və bu Məlik Nasirin onun həbsinə fərman verməsinə səbəb oldu.
Bu xəbəri İbn Teymiyəyə çatdırdılar. Deyirlər ki, İbn Teymiyə bu xəbəri eşitdikdə sevindi. Onu ata mindirib, Dəməşq qalasına göndərdilər və orada ona bir otaq verdilər. Qardaşı Zeynəddin də ona xidmət üçün ora getdi.
Nimeyi-şəban, həftənin üçüncü günü baş qazi göstəriş verdi ki, İbn Teymiyənin yoldaşlarının bir hissəsini hakimin zindanında həbs etsinlər və onların bir neçəsini cəzalandırsınlar, heyvanlara mindirib gəzdirsinlər.
Lakin cəzalandırdıqdan sonra onları azad etdilər. Bu şəxslər arasında İbn Qəyyimi zindana saldılar və orada döydülər.

İbn Qəyyim Cəvzinin ölümü

İbn qəyyim 60 il yaşadıqdan sonra qəməri 751ci il rəcəbin 13-cü gecəsi öldü. O Dəməşqdə Babus-səğir qəbiristanlığında, atasının kənarında dəfn olundu.

Mənbələr:

“İgasətul-lihfan”, İbn Qəyyim Əl-Cəvziyyə
“Məktəbətul-mətbuat”, Əbdul-Fəttah
“Buhusun fil-miləl vən-nihəl”, Ayətullah üzma Cəfər Sübhani
“Zadul-məad fi huda xəyril-ibad”, İbn Qəyyim Əl-Cəvziyyə
Və digər bir çox sünni və şiə mənbələri

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button