ArxivIslamXəbər lentiXəbərlər

Ustad Şəhriyarın İran və Azərbaycan xalqına 40 il bundan öncəki məktubu üzə çıxdı

Məhəmməd Tahiri Xosrovşahi Ustad Şəhriyarın İran və Azərbaycan xalqına ünvanladığı məktubu yayıb.

“Anaj” İnformasiya Mərkəzinin verdiyi xəbərə görə, keçmiş vaxtlardan indiyədək söz ustadı Şəhriyarın adından yayılan təfriqə xarakterli və qondarma şeirlərin ardınca ədəbiyyat sahəsi araşdırmaçısı Məhəmməd Tahiri Xosvorşahi şəxsi səhifəsində Ustad Şəhriyara aid məktubun fotosunu yayıb.
Xosrovşahi məktubu yaymaqla yanaşı yazıb: İslam İnqilabının qələbəsindən sonra bəziləri Şəhriyara etiraz edir, bəziləri isə onun adından süst və mənasız şeirlər qoşaraq yayırdılar, hətta işi o yerə çatdırdılar ki, Şəhriyara anonim və adətən xaricdən məktub yazılırdı və onun İslam İnqilabı ilə həmrəy olduğu tənqid edilirdi.
Bir neçə şeir də İranın ərazi bütövlüyü və İslam İnqilabının ideyaları əleyhinə qoşaraq onu Şəhriyarın adından yaydılar.
Bu şeirləri görən Şəhriyar əlinə qələm alır, İran xalqına və şeirlərinin oxucularına məktub yazaraq onu nəşr edir.
Məktubun mətni aşağıdakı kimidir:
Əziz oxucu!
Bu bəndə məşhur səhvə* görə İranın, xüsusilə də Azərbaycanın milli şairi Şəhriyardır.
Son vaxtlar İslam İnqilabı əleyhinə cəfəngiyat şeirlər toxuyurlar və mənim adımdan çap edirlər. Bunların çoxu İrandan kənarda nəşr edilir.
İranlılar mənim şeirimin üslubu, onun dini və əxlaqi cəhətləri ilə tanışdırlar və bilirlər ki, “Əli, ey humayi-rəhmət” və yüzlərlə bunun kimi şeirlər söyləyən şair əsla, İslamın əleyhinə bir söz deməz. Lakin, İrandan xaricdə yaşayanlar və bəlkə də məni yetərincə tanımayanlar mümkündür ki, bu boş sözlərin mənim tərəfimdən olmasına inansınlar.
Əgər özümə xatir olsaydı, bu batil sözlərə əhəmiyyət verməzdim və əsla cavab da verməzdim. Lakin burada Azərbaycanın adı ortaya gəldiyi və gələcəkdə bu məsələ Azərbaycan üçün bir rüsvayçılıq ola biləcəyini nəzərə alaraq lazım bildim ki, öz tərəfimdən bu ittihamları təkzib edim.
Əminəm ki, məni Allah yolunda mücahid, saleh varis, Müttəqilərin Mövlasının bəlağətinin məzhər və varisi bilənlər bu kimi nisbətləri təkzib etməkdən əlavə, bu qəbil cinayət və haqsız böhtanlara mürtəkib olanları lənətləsinlər.
Təbriz , 3 şəhrivər, 1359 şəmsi (25 avqust, 1980 miladi)
Seyid Məhəmməd Hüseyn Şəhriyar

*təvazökarlıq məqsədilə deyilmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button