ArxivXəbər lentiXəbərlər

Uorlik: Tərəflərin öhdəliklərinə sadiq qalmalarını gözləyirik

“Biz tərəflərdən gərginliyi azaltmaqla və güc tətbiq etməkdən çəkinməklə sülh yolu ilə həll prosesi barədə öhdəliklərinə sadiq qalmalarını gözləyirik.”

Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik təmas xəttində bir neçə gün öncə baş verən gərginliyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Bern görüşündə prezidentlər özləri zorakılıq halları, xüsusilə dinc sakinlərin xəsarət almasına səbəb olan hallarla bağlı narahatlıqlarını ifadə ediblər: “Biz tərəfləri insan həyatını xilas etmək naminə gərginliyi azaltmaq üçün bütün zəruri addımları atmağa və gələn il danışıqlar mühitini yaxşılaşdırmağa çağırırıq”.

Uorlikin açıqlaması ilə yanaşı qeyd edək ki, son günlər ABŞ-ın Minsk Qrupundan geri çağırılması ilə bağlı Azərbaycan Respublikası parlamenti layihə hazırlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button